Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Ufa Dövlət Neft Texniki Universiteti ilə əməkdaşlığımız genişlənir
Ufa Dövlət Neft Texniki Universiteti ilə əməkdaşlığımız genişlənir

                    RUSİYA FEDERASİYASI TƏHSİL VƏ ELM NAZİRLİYİ
                   FEDERAL DÖVLƏT BÜDCƏ ALİ TƏHSİL MÜƏSSİSƏSİ
                               Ufa Dövlət Neft Texniki Universiteti
                                         TƏŞƏKKÜR MƏKTUBU
Sumqayıt Dövlət Universitetinin rektoru professor Hüseynov Elxan Bahadur oğluna
Hörmətli Elxan Bahadur oğlu!
Ufa Dövlət Neft Texniki Universiteti Sizə UDNTU-nun müəllim və tələbələrinin rəhbərlik etdiyiniz universitetə səfərinin təşkilində göstərdiyiniz dəstəyə görə dərin təşəkkürünü və minnətdarlığını bildirir. 
Rusiya-Azərbaycan Universitetləri Assosiasiyası üzvləri arasındakı tədbirlər planının reallaşdırılması çərçivəsində UDNTU-nun Texnologiya fakültəsinin Neftkimya və kimya texnologiyaları kafedrasının müdiri T.R Prosoçkinanın rəhbərliyi ilə Texnologiya fakültəsinin bir qrup tələbəsi təlim təcrübəsi keçmək və mühazirə oxumaq üçün noyabrın 10-dan 17-nə qədər SDU-da  olmuşlar.
Təcrübə müddətində nümayəndələrimiz rəhbərlik etdiyiniz universitetlə, laboratoriya, fakültə və kafedralarla tanış olmuşlar. Ziyarət zamanı təhsil müəssisələrimiz arasındakı əlaqələrin möhkəmləndirilməsi, tələbə və müəllimlərin akademik mobilliyi, birgə elmi-tədqiqat proqramları, kafedralararası tərəfdaşlıq əlaqələrinin qurulması məsələlərinin müzakirəsi baş tutmuşdur.
UDNTU Sizin rəhbərlik etdiyiniz universitetlə kadr hazırlığı sahəsində və neft-qaz profilinin bütün istiqamətləri və ixtisasları üzrə elmi-texniki əməkdaşlıqda maraqlı olduğunu ifadə edir.

Rektor R.N.Baxtizin

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az