Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | TEC-in hesabat-seçki konfransı keçirildi
TEC-in hesabat-seçki konfransı keçirildi

Dekabrın 22-də Sumqayıt Dövlət Universitetinin 55 illik yubileyinə həsr olunmuş Tələbə Elmi Cəmiyyətinin (TEC) hesabat-seçki konfransı keçirildi.
Konfransı giriş sözü ilə universitetin Elm və innovasiyalar üzrə prorektor professor Ramazan Məmmədov açaraq TEC-in bir il ərzindəki fəaliyyətindən  bəhs etdi. Qeyd etdi ki, Sumqayıt Dövlət Universitetində tələbələrin elmə olan marağının artırılması, elm sahəsində uğurlar əldə etməsi, onların elmi fəaliyyətlə məşğul olmasına geniş imkanlar yaradılıb. Prorektor burada elmi sahənin inkişafına xüsusi diqqət yetirildiyini, ciddi elmi-tədqiqatlarla məşğul olan tələbələrin yetişdiyini vurğuladı. Qeyd etdi ki, çox sevindirici faktdır ki, tələbələrimiz elmi-tədqiqat və yaradıcılıq işləri ilə universitet, respublika və beynəlxalq səviyyədə təşkil olunan elmi konfrans, seminar, fənn olimpiadaları, müsabiqə və yaradıcı layihələrdə fəal iştirak edərək sertifikata layiq görülürlər. Bu gün TEC həm tələbələrin elmi potensialının üzə çıxarılmasına, həm də fərdi inkişafına xidmət edir. Prorektor çıxışının sonunda gənc tədqiqatçılara elmi fəaliyyətlərində uğurlar arzuladı.
Humanitar məsələlər üzrə prorektor dosent Ramiz Hüseynov və digər natiqlər çıxış edərək TEC-in fəaliyyətindən, əhəmiyyətindən və bu işdə tələbələrin rolundan söz açdılar. Bildirdilər ki, Prezident cənab İlham Əliyevin imzaladığı “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı ölkədə gənclər siyasətinin daha səmərəli həyata keçirilməsi istiqamətində atılan növbəti mühüm addımdır. Dövlət Proqramının məqsədi Azərbaycanda gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləməkdir.
TEC-in sədri Lalə Bunyatova konfransın gedişatı və strukturu haqqında məlumat verərək universitetdə gənclərə olan qayğıdan, tələbələrin uğurlarından və Tələbə Elmi Cəmiyyətinin əhəmiyyətindən bəhs etdi. 
Universitet üzrə TEC-in Şura sədri Zəmilə Abdullayeva TEC-in 2016-2017-ci tədris ilindəki fəaliyyətinin hesabatını verdi.
Hesabatdan sonra Konfrans işini TEC-in Şura üzvlərinin seçkisi ilə yekunlaşdırdı.  Səsvermə yolu ilə Zəmilə Abdullayeva yenidən TEC-in Şura sədri seçildi.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az