Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Ali mükafata görə kollektivimiz adından möhtərəm Prezidentimizə təşəkkürümüzü bildiririk
Ali mükafata görə kollektivimiz adından möhtərəm Prezidentimizə təşəkkürümüzü bildiririk

Sumqayıt Dövlət Universiteti Azərbaycan təhsilinin inkişafında mühüm rol oynayır. Heç şübhəsiz ki, qazanılan nailiyyətlərin kökündə elmə, təhsilə göstərilən dövlət qayğısı durur. Xalqımızın Ümummilli lideri Heydər Əliyev bütün dövrlərdə bu sahənin inkişafına daim diqqət göstərmiş, milli kadr hazırlığına böyük önəm vermişdir.Cəmiyyətin tərəqqisi, elm, mədəniyyət və mənəviyyatın inkişafında təhsilin qüdrətli vasitə olduğunu bildirən, ona diqqət və qayğını dövlət səviyyəsində prioritet prinsip kimi ön plana çəkən Heydər Əliyevin “Təhsil xalqın gələcəyidir” tarixi çağırışı bütün elmi-pedaqoji ictimaiyyətdə gələcəyə inam hissi oyatmışdır. Ulu Öndərin siyasi kursunu bütün inam və uğurla davam etdirən ölkə prezidenti cənab İlham Əliyevin son onillikdə elmin, ali təhsilin inkişafında  həyata keçirdiyi məqsədyönlü tədbirlər Sumqayıt Dövlət Universitetinin fəaliyyətinin müasir səviyyədə qurulmasına və inkişafına da təkan vermişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 06.03.2014-cü il tarixində imzaladığı Sərəncam ilə Elxan Hüseynovu Sumqayıt Dövlət Universitetinə rektor təyin etdi. Rektor professor Elxan Hüseynovun rəhbərliyi ilə şəhərimizin, eləcə də regionun elmi-mədəni elitasının formalaşmasını təmin edən Sumqayıt Dövlət Universitetində kadr potensialının inkişafı üçün müxtəlif layihələr gerçəkləşdirildi, mühüm uğurlara imza atıldı. Universitetimiz  digər sahələrdə olduğu kimi, beynəlxalq əlaqələrin qurulması istiqamətində də mühüm addımlar ataraq Xəzəryanı Dövlət Universitetləri və Azərbaycan-Rusiya Ali Təhsil Müəssisələri Assosiasiyalarının  üzvü oldu.  Universitetimiz  hal - hazırda Köln Texniki (Almaniya ), Qrats Texniki (Avstriya), Varşava Texnologiya (Polşa), Ufa Dövlət Neft Texniki (Rusiya), Samara Dövlət Texniki Universitetləri (Rusiya) və s. ilə ikitərəfli müqavilələri mövcuddur. Bu münasibətlər əlaqələrimizin  genişlənməsinə, elmimizin inkişafına böyük töhfələr verir.
Bu gün Sumqayıt Dövlət Universitetinin 55 illik şərəfli tarixinin yeni-yeni səhifələri yazılır. Kollektivimiz ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin daxili və xarici siyasətini dəstəkləyir, onun Azərbaycan təhsili qarşısında qoyduğu tələblərə və eləcə də təhsil işçilərinə diqqət və qayğısına cavab olaraq elmdə və təhsildə daha böyük uğurlar qazanmaq üçün gərgin yaradıcılıq axtarışlarını inamla davam etdirir. 
Bu günlədə Prezident cənab İlham Əliyev Azərbaycan Respublikasında təhsilin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq  Elxan Bahadur oğlu Hüseynovun “Şöhrət” ordeni ilə təltif edilməsi ilə bağlı Sərəncam imzaladı. Bu gün təhsil naziri vəzifəsini icra edən, nazir müavini Ceyhun Bayramov Sumqayıt Dövlət Universitetinin rektoru Elxan Hüseynova ali mükafatı təqdim etdi. Rektor Elxan Hüseynovun  təhsil sahəsindəki fəaliyyətindən danışdı, ona uğurlar arzuladı.
Sumqayıt Dövlət  Universitetinin  professor-müəllim heyəti adından rektor professor Elxan Hüseynovun əməyini yüksək qiymətləndirən  ölkə başçısı cənab İlham Əliyevə kollektivimiz adından dərin  minnətdarlığımızı bildirir, Azərbaycanın müstəqilliyi, dünyada qüdrətli bir dövlətə  çevrilməsi uğrunda apardığınız mübarizədə uğurlar diləyirik.
Xatırladaq ki, Elxan Hüseynov 1948-ci ildə Gəncə şəhərində anadan olub. 1966-cı ildə Gəncə şəhər 18 saylı orta məktəbi, 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Mexanika-riyaziyyat fakültəsini bitirib.
1985-ci ildə Azərbaycan Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə etmiş, 1994-cü ildə dosent, 2015-ci ildə professor elmi adı alıb.
1995-ci ilədək Bakı Dövlət Universitetində müəllim, baş müəllim, dosent, partiya komitəsi katibinin müavini vəzifələrində çalışıb. 
1995-1999-cu illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru kimi fəaliyyət göstərib.
1999-2002-ci illərdə Bakı Dövlət Universitetinin I prorektoru – Tədris işləri üzrə prorektor vəzifəsində çalışıb.
08.08.2002-ci ildə Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli Səfiri diplomatik dərəcəsi verilərək Azərbaycan Respublikasının Türkmənistandakı Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsinə təyin olunmuş və 15 yanvar 2010-cu ilə qədər bu vəzifədə fəaliyyət göstərib.
2010-2011-ci illərdə Bakı Dövlət Universitetində Beynəlxalq əlaqələr üzrə prorektor vəzifəsində işləyib.
2013-cü ildən Təhsil Nazirinin müşaviri vəzifəsində çalışıb..
06.03.2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilib.
Azərbaycan - Rusiya Universitetləri Assosiasiyasının Azərbaycan tərəfdən həmsədridir.
Rektor professor Elxan Hüseynov "Tərəqqi" medalı (11.02.2000-ci il), - "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 90 illiyi (1919-2009)" yubiley medalı (24.07.2009-cu il), "Şöhrət" ordeni (22.12.2017-ci il) ilə təltif olunub.
Ailəlidir. İki övladı, beş nəvəsi var.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az