Əsas səhifə | Xəbərlər | Elmi Şuranın növbəti iclası keçirildi
Elmi Şuranın növbəti iclası keçirildi

Fevral ayının 18-də SDU-nun Elmi Şurası səs çoxluğu ilə öz işinə başladı. İclası giriş sözü ilə açan sədr Elxan Hüseynov elmi şura üzvlərini salamladı və universitetin Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Turan Cəfərovun və Tələbə Elmi Cəmiyyətinin sədri Nurlan Səmədlinin müxtəlif formalarda hazırladıqları universitetin yeni  loqosu haqqında fikir mübadiləsi aparıldı.
Fizika və Elektroenergetika fakültəsinin dosenti Samir Orucov Təhsil Nazirliyinin Heydər Əliyev Mərkəzində keçirdiyi "Sabahın alimləri" IV Respublika müsabiqəsində Sumqayıt Dövlət Universitetinin  professor-müəllim heyətinin rəhbərliyi altında şagirdlərin müsabiqədə  qazandıqları uğurları haqqında  danışaraq bildirdi ki müsabiqəyə təqdim olunan 19  layihədən 6-sı yer tutaraq  biri  ikinci yerə, beşi isə üçüncü yerə layiq görülmüşdür. Samir Orucov layihədə tələbələrin iştiraklarına şərait yaratdığına və dəstəyinə görə rektor Elxan Hüseynova  öz dərin təşəkkürünü bildirdi.
Tədris hissəsinin müdiri, dosent İsabal Qurbanov Sumqayıt Dövlət Universitetində bakalavr səviyyəsi üzrə payız imtahan sessiyasının nəticələri barədə, Qiyabi, distant və əlavə təhsil üzrə prorektoru Qafar Atayev 2014-2015-ci tədris ilində bakalavr səviyyəsi üzrə qiyabi təhsil alan tələbələrin payız imtahan sessiyasının yekun nəticələri haqqında məlumat verdilər.
Doktorantura və magistratura şöbəsinin müdiri, dosent Natiq Talıbovun Magistr səviyyəsi üzrə payız imtahan sessiyasının nəticələri barəsində məruzəsi dinlənildi.  
2014-2015-ci tədris ilinin yaz semestrində qarşıda duran vəzifələr və 2015-2016-ci tədris ili üçün bakalavr, magistrant, doktorant və dissertantların qəbul planları haqqında şura üzvləri fikir mübadiləsi apardılar.
Elm və innovasiyalar üzrə prorektor, professor Ramazan Məmmədov Yunanıstan Makedoniya Universitetində “Əlilliyi olan insanların Azərbaycanın ali təhsil müəssisələrinə cəlb olunmasının  təməlinin qoyulması” layihəsi çərçivəsində  keçirilən elmi-nəzəri seminarda iştirakının hesabatını verdi.
Cari məsələlərin müzakirəsi zamanı İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Bəsti Orucəliyevanın və  dekan müavini Hicran Köçərlinin payız imtahan sessiyası zamanı yol verdikləri ciddi nöqsanlara görə işdən azad olunmaları barədə şura üzvləri yekdilliklə qərar qəbul etdilər. Rektor Elxan Hüseynov eyni zamanda şura üzvlərinə İqtisadiyyat və idarəetmə fakültəsinə yeni təyin olunmuş Aynurə Yəhyayevanı təqdim etdi və ona işlərində uğurlar arzuladı. Aynurə Yəhyayeva isə ona göstərilən etimada görə sədr Elxan Hüseynova və Elmi Şuranın üzvlərinə minnətdarlıq etdi.
Müsabiqələrin keçirilməsi və elmi adların verilməsindən danışan Elmi katib Aqil Hüseynov Fizika və elektroenergetika fakultəsinin dekanı Tamella Əhmədovanın doktorluq işinin adında qismən dəyişiklik edilməsi haqqında şura üzvlərinin münasibət bildirmələrini  xahiş etdi və şura üzvləri yekdilliklə dəyişikliyi qəbul etdilər.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az