Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Happy sheep” adlı yeni layihəyə ilkin baxış keçirildi
“Happy sheep” adlı yeni layihəyə ilkin baxış keçirildi

Yanvarın 25-də Tələbə Elmi Cəmiyyətinin xətti ilə ENACTUS yarışmasında iştirak üçün seçilmiş “Happy sheep” adlı yeni layihəyə ilkin baxış keçirildi.  Biologiya və onun tədrisi metodikası kafedrasının baş müəllimi Aysel Ağayeva mövzu ilə bağlı ətraflı çıxış edərək bildirdi ki, layihənin məqsədi Abşeron ərazisində qoyunların başlıca helmintozları, onlara qarşı mübarizə tədbirləri və bunun iqtisadi səmərəliliyidir. 
Əhalinin daima sağlam ət və ət məhsullarına təlabatı vardır. Məqsəd də bu keyfiyyəti aşağı sala biləcək helmintozların aradan qaldırılmasıdır. Məlumdur ki, helmintlər qoyunlarda parazitlik edən, qaçılması mümkün olmayan qurdlardır. Onların yaratdığı xəstəliklər isə helmintozlar adlanır. Helmintozlar qoyunçuluq təsərrüfatına ziyan vuran əsas xəstəliklərdəndir, hansı ki, bunun nəticəsində fermerin iqtisadi gəliri xeyli aşağı düşmüş olur. Layihədə həll olunası məsələ həmin zərərin necə aradan qaldırılaraq iqtisadi gəlirin artırılmasıdır. Buna isə səyyar laboratoriyalar yaradılaraq helmintləri aradan qaldırmaqla nail olmaq olar.Səyyar laboratoriyalarda 3 iş həyata keçiriləcək. Diaqnozun qoyulması, müalicənin aparılması, profilaktik tədbirlər. Fermerlə, təsərrüfatında müalicə-profilaktika işlərinin uğurla və vaxtlı-vaxtında aparılması üçün SMS BİTE və SMS TİME proqramlarının köməyilə mütamadi əlaqənin saxlanıması da nəzərdə tutulub. Bizim laboratoriya ilə mütamadi işləyən fermerlərə xüsusi endirimlərin edilməsi və sertifikatların verilməsi də layihədə yer almışdır. Bu layihənin həyata keçirilməsi ilə fermer heyvan itkisinin qarşısını alır, fermer vaxtına qənaət etməklə təsərrüfatından ayrılmadan müalicə profilaktika işlərini gördürür,  laboratoriyada işçi qüvvənin bioloq və baytarlardan ibarət olması ilə işsizliyin qismən də  olsa azaldılmasına nail olunur,  ən əsası isə əhali sağlam ət və ət məhsulları ilə təmin olunur.
Layihə ilə bağlı rektor professor Elxan Hüseynov çıxış edərək mövzunun həqiqətən də aktual olduğunu vurğuladı və bu işdə öz köməkliyini əsirgəməyəcəyini qeyd etdi.
Elm və İnnovasiyalar üzrə prorektor professor Ramazan Məmmədov layihənin əhəmiyyətindən danışdı və uğurlar arzuladı.
Layihə tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı və bir çox fikirlər səsləndirildi.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az