Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Dissertasiya Şurasının nəznində fəaliyyət göstərən elmi seminarın ilk iclası keçirildi
Dissertasiya Şurasının nəznində fəaliyyət göstərən elmi seminarın ilk iclası keçirildi

Fevralın 6-da Sumqayıt Dövlət Universitetində Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının əmri ilə yaradılmış  FD.02.193 Dissertasiya Şurasının nəzdində fəaliyyət göstərən elmi seminarın ilk iclası keçirildi.
Elmi Seminarın gündəliyində nəzərdə tutulmuş məsələlərin müzakirəsinə başlanmazdan əvvəl  Elm və innovasiyalar üzrə prorektor filologiya üzrə elmlər doktoru, professor Ramazan Məmmədov seminar üzvlərini təbrik etdi və onlara fəaliyyətlərində müvəffəqiyyətlər arzuladı. Bu gün ölkəmizin yüksək inkişaf mərhələsini yaşadığını, bütün sahələrdə uğurlar qazandığını vurğulayan prorektor bildirdi ki, təhsil sahəsinin inkişafı Azərbaycan dövləti üçün prioritet istiqamətlərdən biridir. Çünki təhsil hər bir ölkə üçün strateji bir sahədir. Ulu öndərimiz Heydər Əliyevin dediyi kimi,  təhsil hər bir xalqın gələcəyidir. Təhsilsiz inkişaf ola bilməz. Hazırda bütün dünyada xalqların, dövlətlərin inkişafı ilə bağlı müasir çağırışlar, ilk növbədə məhz təhsillə, cəmiyyətin intellektual inkişaf səviyyəsi ilə bağlıdır. İlk növbədə, onu vurğulamaq lazımdır ki, Azərbaycan cəmiyyətinin, xüsusilə də  gənc nəslin təhsilə, innovasiyalara böyük marağı var. Ölkəmiz zəngin təhsil ənənələrinə, güclü intellektual və kadr potensialına malikdir. Uzun illər boyu yaranmış ənənələr yeni dövrün tələbləri nəzərə alınmaqla, daha da inkişaf etdirilməlidir. Bu uğurların davamı olaraq Sumqayıt Dövlət Universitetinin tarixində ilk dəfə yaradılmış Dissertasiya Şurasının Elmi seminarının  səmərəli fəaliyyət göstərəcəyinə və  ölkəmizin kadr potensialının inkişafına böyük töfhələr verəcəyinə əminəm.
Sonra Elmi seminarın gündəliyində nəzərdə tutulmuş  məsələnin müzakirəsinə başlandı. Elmi seminarın sədri İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasının müdiri texnika üzrə elmlər doktoru, professor  Aqil Hüseynov Elmi seminarın üzvlərini təbrik etdi və gündəlik məsələ ilə  seminar üzvlərini tanış etdi. Bildirdi ki, gündəlikdə Proseslərin avtomatlaşdırılması kafedrasının dissertantı Afət Hüseynovanın  3337.01 – İnformasiya-ölçmə və idarəetmə sistemləri (sahələr üzrə) ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Krekinq prosesində katalizator dövranı dinamika parametrlərinin dolayı ölçülməsi üçün metodik əsasların işlənməsi” mövzusunda dissertasiya işinin  müzakirəsi nəzərdə tutulmuşdur. Dissertant Afət Hüseynova dissertasiya işi ilə iclas iştirakçılarını ətraflı tanış edərək iş haqqında əhatəli məlumat verdi. Dissertasiya işi ilə əlaqəli elmi rəhbər professor Əli Nağıyev, İnformasiya və kompüter texnikası kafedrasının dosenti Sabir Xəlilov və İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasının dosenti Şəfahət Rəhimov çıxış etdilər. Elmi seminarın üzvləri dissertasiya işinin müzakirəsində fəal iştrak etdilər.Elmi seminarın üzvlərinin yekdil qərarı ilə dissertasiya işinin müdafiə olunması üçün sonrakı mərhələlərə buraxılması tövsiyə olundu. İclasın sonunda sədr professor Aqil Hüseynov dissertant Afət Hüseynovaya sonrakı mərhələlərdə müvəffəqiyyətlər arzuladı və Elmi seminarın üzvlərinə müzakirədə fəal iştirak etdikləri üçün təşəkkürünü bildirdi.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az