Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Elmi Şuranın növbəti iclası keçirildi
Elmi Şuranın növbəti iclası keçirildi
Fevralın 9-da  Elmi Şuranın növbəti iclası keçirildi. Rektor professor Elxan Hüseynov iclası açaraq şura üzvlərini salamladı və universitetin perspektiv inkişafı üçün həyata keçirilən mühüm məsələlərdən bəhs etdi. Qeyd etdi ki, yaxın günlərdə tələbə yataqxanasının əsaslı təmiri, ikinci tədris binasının üzlənməsi, birinci tədris binasının perimetri boyu hissələrin və köməkçi çıxış qapılarının əsaslı təmiri, texnika parkın və açıq səma altında sərgi kompleksinin yaradılması, 7 mərtəbəli iki yeni tədris korpusunun tikintisi nəzərdə tutulub. 
İqtisadi məsələlər üzrə prorektor Naib Hacıyev bu işlərin yerinə yetirilməsi ilə əlaqədar aparılan hazırlıq tədbirləri, texniki əsaslandırmalar və layihələr haqqında ətraflı məlumat verdi. 
Daha sonra 2017-2018-ci tədris ilinin payız semestrininn imtahan sessiyasının nəticələri barədə Tədris Metodiki Mərkəzin direktoru dosent  İsabal Qurbanovun bakalavriat səviyyəsində, Qiyabi, distant və əlavə təhsil üzrə prorektor dosent Qafar Atayevin qiyabi təhsil alan tələbələr üzrə, Doktorantura və magistratura şöbəsinin müdiri dosent Sabir Xəlilov Magistratura səviyyəsi üzrə, Sumqayıt Dövlət Texniki kollecinin direktoru dosenti Mətanət Pirquliyevanın kollec üzrə hesabatları dinlənildi və ayrı-ayrı fakültələrin müvəffəqiyyət göstəriciləri və digər statistik məlumatlar diqqətə çatdırıldı. 
Tədris vəsaitlərinə nəşr hüququ (qrif) verilməsi barədə Elmi katib professor Muxtar Səmədov qeyd etdi ki, 9 dərs vəsaitinə nəşr hüququ(qrif) verildi. 
Sonra universitetin 3 nəfər əməkdaşına dosent elmi adının verilməsi ilə əlaqədar olaraq  Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası qarşısında vəsatət qaldırıldı. 
Sonda qarşıda duran cari məsələlər müzakirə olundu. 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az