Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU -da payız semestrinin imtahan sessiyası uğurla başa çatdı
SDU -da payız semestrinin imtahan sessiyası uğurla başa çatdı

Azərbaycan Respublikasının Təhsil naziri vəzifəsini müvəqqəti icra edən nazir müavini Ceyhun Bayramovun “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” imzaladığı müvafiq əmrə uyğun olaraq, Sumqayıt Dövlət Universitetində 2017-2018-ci tədris ilinin payız semestrinin imtahan sessiyası dekabrın 29-dan başlayaraq fevralın 2-dək davam etdi. 
SDU-da imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması baxımından Operativ qərargah və Qaynar xətt fəaliyyət göstərdi. Apelyasiya komissiyasına daxil edilən müraciətlər diqqətlə araşdırılaraq qanun çərçivəsində müvafiq qərarlar qəbul edildi. Bununla yanaşı, SDU-nun fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, eləcə də imtahan sessiyasının obyektiv və şəffaf şəraitdə keçirilməsi barədə ictimaiyyəti məlumatlandırmaq məqsədilə universitetin rektorluğu yanında İctimai Nəzarət və Məsləhət Şurası yaradıldı. Təbii ki, bütün bunlar imtahanların tam obyektivliyinin təmin olunmasına xidmət etdi. Rektor mütəmadi olaraq sessiyanın gedişinə şəxsən özü nəzarət etdi. Hər gün imtahan zallarında olaraq imtahan prosesini müşahidə etdi, imtahanların şəffaf və obyektiv keçirilməsi üçün öz tapşırıq və tövsiyələrini verdi. Həmçinin imtahan prosesini rektorla bərabər İctimai Nəzarət və Məsləhət Şurası üzvləri, valideynlər, qeyri-hökumət təşkilatları və KİV-lərin nümayəndələri izlədilər.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az