Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Sabahın alimləri” VII Respublika Müsabiqəsinin qalibləri mükafatlandırıldı
“Sabahın alimləri” VII Respublika Müsabiqəsinin qalibləri mükafatlandırıldı
Fevralın 16-da “Sabahın alimləri” VII Respublika müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirildi.
Tədbirdə təhsil naziri vəzifəsini müvəqqəti icra edən nazir müavini Ceyhun Bayramov çıxış edərək şagirdlərin elmi yaradıcılığına həsr olunmuş “Sabahın alimləri” VII Respublika müsabiqəsinə marağın ilbəil artdığını, iştirakçıların coğrafiyasının genişləndiyini, həmçinin bu il təqdim edilən layihələrin daha innovativ və yaradıcı olduğunu diqqətə çatdırdı. 7 il ərzində müsabiqənin uğur qazandığını vurğulayan cənab Ceyhun Bayramov bildirdi ki, müsabiqədə ümumilikdə 1187 nəfər iştirak etdi, onlardan 549 nəfəri qızlar, 638 nəfəri isə oğlanlar oldu. Şagirdlərin sonrakı nailiyyətləri Təhsil Nazirliyi tərəfindən təhlil edildi və müəyyənləşdirildi ki, tədqiqatla məşğul olan şagirdlər təhsildə də böyük uğurlar qazanır, yüksək balla ölkəmizin ali təhsil müəssisələrinə və dünyanın tanınmış universitetlərinə qəbul olunaraq təhsillərini uğurla davam etdirirlər. Bu il münsiflər heyəti tərəfindən 79 şagirdin hazırladığı 46 layihə seçildi. I yerə 12 şagird (7 layihə), II yerə 28 şagird (15 layihə), III yerə 39 şagird (24 layihə) layiq görüldü. Əvvəlki illərdən fərqli olaraq, bu il münsiflər heyətinin tərkibinə fransalı mütəxəssis də cəlb olundu.
Mərasimdə 8 nominasiya üzrə seçilən qaliblər  təltif olunduqdan sonra bu ilin may ayında ABŞ-da keçiriləcək İntel İSEF-Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək layihə müəlliflərinin adları açıqlandı. Fizika, astronomiya bölməsi üzrə Əliağa Abdullayev, Adnan Bunyatov, biologiya üzrə Fidan İbrahimova, ekologiya və ətraf mühitin idarə olunması üzrə Məhəmməd Hacıyev, kompüter elmləri üzrə Ceyla Hüseynzadə, Cavid Hüseynzadə ən yaxşı layihə müəllifləri olaraq seçildilər. 
Qaliblərə diplom, medal və pul mükafatı təqdim olundu. 
Qeyd edək ki, müsabiqəyə elmi dəstəyin verilməsi Sumqayıt şəhər ümumtəhsil məktəbləri üçün Sumqayıt Dövlət Universitetinə həvalə olundu. SDU-nun  professoru Cavanşir Məmmədovun rəhbərliyi ilə seçilmiş şagirdlər universitetimizin professor-müəllim heyəti ilə birgə  müəyyən olunmuş ixtisaslar üzrə öz elmi layihələrini hazırlayaraq müsabiqədə iştirak etdilər.  Tibb və sağlamlıq bölməsi üzrə Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyanın IX sinif şagirdləri Ayan Abdulova, Nəsibə Məmmədli “Əlillər üçün beyinlə idarə olunan interfeys” layihəsi I yerə, ekologiya və ətraf mühitin idarə olunması üzrə Təfəkkür liseyinin X sinif şagirdləri Emil Məmmədov, Fərid Allahverdiyev “Yağış və qar suyunun məişətdə istifadə olunan içməli suya çevrilməsi” layihəsi II yerə, Mühəndislik üzrə Texniki və təbiət elmləri liseyinin X sinif şagirdi Zeynəb Ağabəyli “Məsafədən mina axtaran nəzarət sistemi”, Kompüter elmləri üzrə 16 nömrəli tam orta məktəbin XI sinif şagirdi Seymur Talıbov “Tea growing management program”, Təbiət Elmləri Təmayüllü Gimnaziyanın IX sinif şagirdi Aytac Əliyeva “Danışıq qüsurları olan insanın ünsiyyət proqram təminatı”, ekologiya və ətraf mühitin idarə olunması üzrə 29 nömrəli tam orta məktəbin IX sinif şagirdləri Rahidə Həsənova, Fəridə Baxşəliyeva “Sağlam həyat üçün sağlam mühit”, kimya üzrə Sumqayıt İstək Liseyinin IX sinif şagirdləri Rəsul Həsənalıyev, Əli Abdullazadə “Karbon dioksidin elektrokimyəvi reduksiyası, Fizika, astronomiya bölməsi üzrə Təbiət Elmləri Təmayüllü Gimnaziyanın X sinif şagirdi Ləman Əlipaşayeva “Fortepiano notlarının səslənmə funksiyalarının artırılması” layıhələri III yerə layiq görüldü.
 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az