Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Xocalı faciəsi bəşər tarixində misli görünməmiş ən dəhşətli faciədir
Xocalı faciəsi bəşər tarixində misli görünməmiş ən dəhşətli faciədir
Fevralın 22-də universitetin Kimya və biologiya fakültəsində   bəşər tarixində indiyədək misli görünməmiş müdhiş faciə, insanlığa ləkə, qanlı qətliam olan Xocalı Soyqırımının 26-cı ildönümünə həsr olunmuş tədbir keçirildi. İlk öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndi və Azərbaycanın milli müstəqilliyi uğrunda qurban gedən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anıldı. Tədbiri giriş sözü ilə Kimya və biologiya fakültəsinin dekanı dosent Mahal Muradov açaraq Xocalı faciəsi haqqında geniş məruzə etdi və qeyd etdi ki, Xocalı faciəsi bəşər tarixində misli görünməmiş ən dəhşətli faciədir. Bu faciə dünyada baş verən Xatın, Sonqmi, Ruanda kimi soyqırımı faciələrinin ən dəhşətlisi idi. Bu dəhşət əliyalın, günahsız camaata qarşı çevrilmişdi.  Bütövlükdə Azərbaycan xalqına qarşı  yönəldilmiş Xocalı  soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsülları ilə bəşər tarixində tayı-bərabəri olmayan bir vəhşilik aktıdır. Ona görə də  demokratik dünya dövlətlərinin bu genosidə ədalətli qiymət vermələrinin vaxtı çatıbdır. Bu soyqırımını törədənlərin layiqli cəzasını alması üçün siz  gənclər xüsusi fəallıq nümayiş etdirməlisiniz. 
Daha sonra Azad Həmkarlar İttifaqı Komitəsinin sədri  dosent Elmar Xəlilov, Kimya və onun tədrisi metodikası kafedrasının müdiri dosent Musa Mustafayev, fakültənin baş müəllimi Sabir Ələkbərov faciənin başvermə səbəbləri və ozamankı ictimai-siyasi proseslər barədə danışaraq bildirdilər ki, Xocalı soyqırımı ermənilər tərəfindən planlı şəkildə həyata keçirilib. Günahsız sakinlər azərbaycanlı mənsubiyyətinə görə qətlə yetirilib, misli görünməyən işgəncələrə məruz qalıblar. Bu tək Xocalıya qarşı genosid yox, türkçülüyə qarşı erməni daşnaklarının qəddar aksiyası idi. 
Tədbirdə Xocalı faciəsinə həsr olunmuş şeir səsləndirildi, dəhşətli gecədən bəhs edən film nümayiş olundu.
 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az