Əsas səhifə | Xəbərlər | Universitetimizin Tələbə-Elmi Cəmiyyəti Filologiya fakültəsində seminar keçirdi
Universitetimizin Tələbə-Elmi Cəmiyyəti Filologiya fakültəsində seminar keçirdi

Fevralın 21-də Filologiya fakültəsində Tələbə Elmi Cəmiyyətinin  elmi seminarı keçirildi.
Seminarda Elm və innovasiyalar üzrə prorektor prof. R.S.Məmmədov,  Universitet TEC-in  elmi rəhbəri dos. İ.G.Paşayev, SDU-nun TEC şurasının sədri N.Səmədli, Filologiya fakültəsinin dekanı dos. S.S.Həmzəyeva, dekan müavinləri R.M.Məmmədov, A.N.Abdullayev, kafedra müdirləri – f.e.d. N.V.İsgəndərova, dos. A.İ.Məmmədov, TEC-in fakültə üzrə elmi rəhbəri A.İ.Rəfiyeva və digər fakültələrin TEC üzvüləri  iştirak etdilər.
Seminarı  giriş sözü ilə  universitetin TEC-in  elmi rəhbəri dos. İ.G.Paşayev açaraq bildirdi ki,   Rusiyanın Voronej şəhərində keçiriləcək "XXI əsrin Gənclik və Elm: nailiyyətlər və perspektivlər" adlı  Beynalxalq elmi-praktiki konfransına göndəriləcək məqalələrin və TEC-in üzvlərinin məruzələrinin fakültələr üzrə seminarlarda  müzakirəsi  nəzərdə tutulub. Ardıcıl olaraq bütün  fakültələrdə seminarlarımız keçiriləcəkdir.
Mən çox sevinirəm ki,   Filologiya fakültəsinin tələbə və müəllim heyəti seminara belə həvəs göstərirlər. O, bildirdi ki, seminarı keçirməkdə əsas məqsədimiz universitetimizin tələbələrinin  elmi  tədqiqat işinə cəlb olunmasından ibarətdir, o tələbələr nəzərdə tutulub ki, onların elmə tədqiqat işinə həvəs və bacarığı var. Universitetin rektoru Elxan Hüseynovun böyük diqqət və qayğısı əsasında biz bu işləri bütün elmi potensialımıza söykənən gücümüzlə həyata keçirə biləcəyik.
Seminarda çıxış edən Elm və innovasiyalar üzrə prorektor  prof. R.S.Məmmədov tələbələrin elmi işlərə həvəslərinin artmasını, onların marağını  sevindirici hal kimi qiymətləndirdi. Biz sevimirik ki,  bu günün tələbələri gələcəyin alimləridir.Professor Ramazan Məmmədov  seminar iştirakçılarına  dəyərli məsləhət və tövsiyələr  verərək onlara uğurlar arzuladı.
Seminarda Filologiya fakültəsinin dekanı, dos. S.S.Həmzəyeva çıxış edərək bildirdi ki, bu cür seminarların təşkili universitetimizin tarixində birincidir və bu tələbələrimizin elmə həvəsini daha da artıracaqdır. Universitet TEC-in təsisi qısa bir vaxtda olmasına baxmayaraq, xeyli iş görülmüşdür bugünkü seminar da  görülən işin tərkib hissəsidir. S.S.Həmzəyeva öz çıxışında seminarın yüksək səviyyədə təşkilinə görə universiytet rəhbərliyinə təşəkkürünü bildirdi və seminarın işinə uğurlar arzuladı.                                                                                                                                                                                    
Seminarın sonunda tələbələr Əfşan Veysəlova “Bədii ədəbiyyatda “dar dalanların” təsviri”, Nurlan Səmədli “Jan Pol Sartr və ekzistensializm”,  Namiq Paşayev “ Qoşmanın birgəlik növü ismin yeddinci halı kimi”, Laləndər Əzizzadə “Şəxsiyyətin formalaşmasında temperamentin rolu”, Zəhra Quliyeva “Respublikamızdakı ictimai-siyasi hadisələrin yeniyetmə şəxsiyyətinin formalaşmasına təsiri”, Həzrət Abbasov “Anarın “Asılqanda işləyən qadının söhbəti” hekayəsində posmoderinizm ünsürləri, Aynurə Yaqubova “Modal fellərin Azərbaycan dilinə tərcümə yolları (Çarlz Dikkensin “Oliver Tvistin macəraları” əsəri əsasında), Nigar Məmmədova Çarlz Dikkensin “Oliver Tvist” əsərində kimsəsiz uşaqların təsviri, Yaqut Abduləliyeva Daniel Defonun “Robinzon Kruzo” əsərində hikmətli sözlər, Əfsanə Abbasova “Milli-mənəvi dəyərlər Azərbaycan və ingilis atalar sözlərində”, Vəsimə “Nazarlı İstedadlı uşaqların psixoloji xüsusiyyətləri” mövzularında məruzə ilə çıxış etdilər.
Hər məruzədən sonra iştirakçı müəllim və tələbələr çıxış edənlərə suallar verərək məruzələr ətrafında maraqlı diskussiyalar aparılırdı.
Sonda  Universitet TEC-in  elmi rəhbəri dos. İ.G.Paşayev  Filologiya fakültəsinin dekanı dos. S.S.Həmzəyevaya, fakültə TEC-in  elmi rəhbəri  A.İ.Rəfiyevaya, məruzəçilərə və fəal iştiraklarına görə müəllim və tələbələrə təşəkkür etdi. 
Növbəti seminarın 28.02.2015-ci il tarixində Fizika və Elektroenergetika fakültəsində keçiriləcəyi qeyd olundu.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az