Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Nümayəndə heyətimiz Vyana Tətbiqi Elmlər Universitetinin sertifikatı ilə təltif olundular
Nümayəndə heyətimiz Vyana Tətbiqi Elmlər Universitetinin sertifikatı ilə təltif olundular
Martın 5-dən 9-dək Avstriyanın Vyana Tətbiqi Elmlər Universitetində “Azərbaycan universitetlərində Tədris və təlimdə mükəmməlliyin təşviqi ERASMUS+PETRA” layihəsi çərçivəsində təlim-seminarlar keçirildi. Azərbaycandan Təhsil Nazirliyi və 8 universitet, Avropadan 5 universitet iştirak edirdi: Sumqayıt Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Xəzər Universiteti, Azərbaycan Universiteti, Naxçıvan Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Slavyan Universiteti, Debrecen Universiteti, Qazi Universiteti, Valensiya Universiteti, Jivaskilya Universiteti.
Tədqiqat bacarıqları və qabiliyyətləri mövzusunda keçirilən təlimlərdə Sumqayıt Dövlət Universitetinin Proseslərin avtomatlaşdırılması kafedrasının müdiri professor Cavanşir Məmmədov,  Maliyyə və mühasibat uçotu kafedrasının müdiri dosent Loğman Abdullayev və Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Samirə Məmmədova iştirak etdilər.  
Tədbiri Vyana Tətbiqi Elmlər Universitetinin rektoru professor  Andreas Breinbauer açaraq tədbir iştirakçılarını salamladı, onlara gərgin iş həftəsində uğurlar arzuladı. Tədbirdə Azərbaycan və Avstriyada tədqiqat və inkişaf, Avropa Birliyinin Horizon 2020 Proqramında iştirak, Vyana Tətbiqi Elmlər Universitetində Tədqiqat və İnkişaf, Azərbaycanda doktorantura təhsili, ERASMUS+NİZAMİ layihəsi mövzularında təqdimat keçirildi. “Tədqiqat zamanı məlumatların, ədəbiyyatların toplanması, qiymətləndirmə və akademik yazı prosesində tələbələrə dəstək olmaq üçün hazırlanmış magistr və doktorluq dissertasiyaları”, “Tələbələrin Tələbə Elmi Cəmiyyətinə cəlb edilməsi”, “Azərbaycan universitetlərində tədqiqat bacarıqlarının daha da inkişaf etdirilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsi” mövzularında müzakirələr aparıldı və təkliflər irəli sürüldü. Tədbirin 2–ci günü isə beynəlxalq əməkdaşlıq sahəsinə həsr olundu. Beynəlxalq konfransların, seminarların təşkili, müqavilə, memorandumların imzalanması, beynəlxalq təşkilatlarla əməkdaşlıq və s. bu istiqamətdə mövzular üzrə çıxışlar oldu.
Sonda SDU-nun və digər iştirak edən ali təhsil müəssisələrinin nümayəndələri Vyana Tətbiqi Elmlər Universitetinin sertifikatı ilə təltif olundular.
 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az