Əsas səhifə | Xəbərlər | Fizika və elektroenergetika fakültəsində Aprel döyüşlərinin ildönümü qeyd olundu
Fizika və elektroenergetika fakültəsində Aprel döyüşlərinin ildönümü qeyd olundu
 Aprelin 2-də Fizika və elektroenergetika fakültəsində Aprel döyüşlərinin ildönümü ilə əlaqədar tədbir keçirildi. Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra Dövlət himni səsləndirildi.
Fakültə dekanı Tamella Əhmədova çıxış edərək bildirdi ki, aprel döyüşləri Azərbaycanın şanlı hərbi qələbəsi olmaqla yanaşı, beynəlxalq və siyasi arenada bütün diqqəti bu münaqişəyə cəlb etdi. Dekan vurğuladı ki, hadisələr Azərbaycan əsgərinin döyüş və mənəvi-psixoloji hazırlığının, qələbə əzminin yüksək olduğunu nümayiş etdirdi. Bu döyüşlər dövlətin və ordunun gücünü, xalqın birliyini, həmrəyliyini, vətənpərvərliyini, Azərbaycanın heç vaxt işğalla barışmayacağını, nəyin bahasına olursa-olsun, ərazi bütövlüyünü bərpa etmək əzmini bir daha göstərdi. Çünki vətənpərvər oğullarımız Ali Baş Komandanın əmri ilə bütün torpaqlarımızı qısa müddətdə işğaldan azad etmək qüdrətindədir. O, gənclərə yad ideologiyalara, yabançı düşüncələrə uymamağı tövsiyə edərək tələbələrini hər bir şəhidin şücaətini layiqincə davam etdirməyə çağırdı.  Qeyd etdi ki, 2016-cı ilin aprel döyüşləri zamanı Vətənin müdafiəsində hərbi borcunu yerinə yetirərkən fədakarlıq və şücaət göstərmiş, xidməti vəzifələrini layiqincə yerinə yetirərək döyüş tapşırığının icrasında yüksək peşəkarlıq və əzm nümayiş etdirərək şəhidlik zirvəsinə yüksəlmiş  məzun tələbəmiz Mikayıl Vahabov bu gün qürurla anılır. 
Fizika və onun tədrisi metodikası kafedrasının dosenti Mehdi Qurbanov, Tələbə Gənclər Təşkilatının sədri Nicat Hüseynov və həmin fakültənin tələbələri Qivami Səfərəliyev, Əyyub Sadıqov çıxış edərək Aprel döyüşlərində qazanılan qələbədən ruhlandıqlarını, bu döyüşlərdə həlak olmuş əsgərlərin qəhrəmanlığı ilə fəxr edib qürur hissi keçirdiklərini və Vətən torpaqlarının işğaldan azad olunması naminə vuruşmaq üçün cənab Prezident İlham Əliyevin əmrinə hər an hazır olduqlarını bildirdilər.
Sonra aprel şəhidlərinə həsr olunmuş sənədli filmə baxış keçirildi.
 
 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az