Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da bu müəllimlərin maaşı artdı
SDU-da bu müəllimlərin maaşı artdı
Aprelin 3-də  Sumqayıt Dövlət Universitetinin rektorluğunun  genişləndirilmiş iclası keçirildi. İclasda bir qrup professor-müəllim heyətinin əməkhaqqına əlavələr haqqında əmrin icrası ilə bağlı qərar qəbul edildi. Qərara əsasən Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Huseynov tərəfindən R-21/1 saylı 31.03.2017- ci il tarixli tədris prosesində müasir təlim texnologiyalarını uğurla tətbiq edən, novatorluq metodlardan səmərəli istifadə edən, tədris-metodiki vəsaitlərin hazırlanmasında pedaqoji ustalıq nümayiş etdirən professor-müəllim heyətinin əmək fəaliyyətinin fərdi qiymətləndirilməsi məqsədi ilə əmr imzalanmışdır. Əmrin icrası universitetin Tədris-metodik mərkəzinin qiymətləndirmə və keyfiyyətə nəzarət bölməsinə həvalə olunmuşdur. Əldə edilmiş nəticələr fakültələrdə keçirilmiş rəy sorğusuna pedaqoji heyətin elmi fəaliyyətinin göstəricilərinə əsaslanaraq demokratik və şəffaf prinsiplər əsasında aparılmışdır. Qeyd edək ki, aparılan bu araşdırma rektor professor Elxan Hüseynov, prorektor, dekan və struktur rəhbərlərinin iştirakı ilə yenidən müzakirə olundu və nəzərdə tutulan müəllimlərin elmi, tədris və ictimai fəaliyyəti ətraflı təhlil edildi, fərqlənmiş əməkdaşların əməkhaqqınnın cari ilin sonunadək diferensasiya yolu ilə 100 manat artırılması qərarı qəbul edildi.
 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az