Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Vyana Tətbiqi Elmlər Universitetində qazanılan təcrübə paylaşıldı
Vyana Tətbiqi Elmlər Universitetində qazanılan təcrübə paylaşıldı
Aprelin 9-da universitetdə  PETRA layihesi çərçivəsində məlumat günü keçirildi. Tədbirdə Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbov və universitetin professor- müəllim heyəti iştirak etdilər. Tədbiri PETRA layihəsinin SDU üzrə meneceri  dosent Natiq Talıbov açaraq universitetin beynəlxalq əlaqələrinin inkişafından, SDU-nun tərəfdaş olduğu  ERASMUS+ layihələrindən,  PETRA layihəsinin məqsədi, layihə  çərçivəsində xarici ölkə universitetlərində keçirilən görüşlərdən, yaradılacaq Tədris və təlim mərkəzinin məqsəd və vəzifələrindən bəhs etdi. Bildirdi ki, layihənin əsas məqsədi Azərbaycanın ali təhsil müəssisələrində tədris və təlimin təkmilləşdirilməsi sahəsində Avropa universitetləri ilə qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır. 
Sonra Beynəlxalq əməkdaşlıq şöbəsinin metodisti Samirə Kərimova təqdimatla çıxış edərək layihə haqqında ümumi məlumat verdi. 
Proseslərin avtomatlaşdırılması kafedrasının müdiri professor Cavanşir Məmmədov çıxış edərək Vyana Tətbiqi Elmlər Universitetində keçirilən təlimlərdə elmi tezis və məqalələrin necə yazılması, tədqiqatın aparılması, tədqiqat bacarıqlarının inkişaf etdirilməsi mövzusunda geniş təqdimatla çıxış etdi.
Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Samirə Məmmədova Vyana səfəri haqqında təəssüratlarını bölüşərək   tədqiqat və inkişafın idarə olunması,  akademik  nəşrlərin əhəmiyyəti, tədris, təlim və  tədqiqatlarda qabaqcıl innovasiyaların tətbiqinin zəruriliyi haqqında ətraflı təqdimatla çıxış etdi.
Sonda mövzu ətrafında maraqlı müzakirələr aparıldı.
 
 
 
 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az