Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “İnsan alverinə qarşı mübarizə tədbirlərinin təşkili” mövzusunda seminar-mühazirə keçirildi
“İnsan alverinə qarşı mübarizə tədbirlərinin təşkili” mövzusunda seminar-mühazirə keçirildi
Aprelin 30-da Sumqayıt Dövlət Universitetində  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Polisə dəstək” ictimai birliyi insan alveri ilə mübarizə tədbirləri çərçivəsində “İnsan alverinə qarşı mübarizə tədbirlərinin təşkili” mövzusunda seminar-mühazirə keçirildi.
Tədbirdə Polisə dəstək ictimai birliyinin sədri Şəmsəddin Əliyev, ictimai birliyin sədr müavini Şahrza Ağayev, Sumqayıt şəhər polis şöbəsinin əməkdaşları və universitetin müəllim-tələbə heyəti iştirak etdilər.
Tədbiri giriş sözü ilə universitetin Humanitar məsələlər üzrə prorektoru dosent Ramiz Hüseynov açaraq mövzunun aktuallığını, belə tədbirlərin təşkilində əsas məqsədin ümumbəşəri problem olan insan alverinə dair maarifləndirmə olduğunu vurğuladı. Qeyd etdi ki, hər il minlərlə insan, əsasən, qadın və uşaqlar istismar və ya başqa məqsədlərlə insan alverinin qurbanı olurlar. İnsan həyatının xilas olunmasının önəmindən danışan prorektor bu sahədə vətəndaş cəmiyyətini daha fəal olmağa səslədi.
“Polisə Dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyev insan alveri və digər cinayətlərə qarşı mübarizədə, cinayətləri doğuran səbəb və şəraitin aradan qaldırılması və profilaktikasında geniş ictimaiyyətin rolundan, insan alverinə qarşı mübarizə ilə bağlı Azərbaycan Respublikası Prezidentinin təsdiqlədiyi Milli Fəaliyyət Planından, həmçinin insan alverinin tarixi, insanın köləliyə xas tərzdə, əşya kimi alınıb-satılması və statistik rəqəmlər barədə məlumat verdi. Qeyd etdi ki, savadsızlıq və məlumatsızlıq insan alveri cinayətlərinə zəmin yaradan amillərdəndir.  İnsan alveri ilə mübarizənin əsas məqsədi müəyyən qisim insanların köləliyə çevrilməsinin qarşısını almaq, cəmiyyəti təhlükəsiz, ədalətli və vahid vətəndaş cəmiyyətinə çevirmək, sosial ədalətin yeganə təminatçısı olan məhkəmə hakimiyyətinin nüfuzunu və etibarını təsdiqləmək, belə cinayətlərlə mübarizədə ictimai fəallığın artırılmasına nail olmaq, cəzanın labüdlüyünü və məqsədini prinsipallıqla reallaşdırmaqdan ibarətdir.
Mövzu ətrafında suallar cavablandırıldı və iştirakçılara “İnsan alveri ilə mübarizə” kitabçaları paylanıldı. 
Tədbirdə insan alverinə qarşı mübarizə ilə bağlı film nümayiş etdirildi. 
 
 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az