Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | ƏMƏKDAŞLARIMIZ ERASMUS + EQAC LAYİHƏSİ İLƏ BAĞLI TƏDBİRDƏ İŞTİRAK ETDİLƏR
ƏMƏKDAŞLARIMIZ ERASMUS + EQAC LAYİHƏSİ İLƏ BAĞLI TƏDBİRDƏ İŞTİRAK ETDİLƏR
Aprelin 24-də Boulevard Oteldə Bakı Biznes Universitetinin müəllifi olduğu və Avropa kommisiyası tərəfindən qalib seçilmiş Erasmus + proqramı çərçivəsində “Azərbaycan Universitetlərində Keyfiyyətə Təminat Mərkəzlərinin Yaradılması və İnkişaf Etdirilməsi (EQAC)” adlı layihənin ilkin görüşü keçirildi. Aprelin 25-də layihə çərçivəsində təlimlər Bakı Biznes Universitetində davam etdirildi.
Tədbirdə Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə yanaşı Avropanın 5 ali təhsil müəssisəsi və ölkəmizin 11 ali təhsil müəssisələrinin rəhbərliyi, bu sahədə tanınmış elm xadimləri iştirak etdilər. Layihənin məqsədi Azərbaycan Ali Təhsil müəssisələrində Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması, iş prinsiplərinin beynəlxalq standartlara uyğunlaşdırılmasıdır.
Tədbiri giriş sözü ilə BBU-nin rektoru professor İbad Abbasov açaraq tədbir iştirakçılarını və qonaqları salamladı, layihə ilə bağlı qısa açıqlama verdi və bu layihənin həyata keçirilməsində iştirak edəcək ali təhsil müəssisələrinə uğurlar arzuladı. Sonra Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Yaşar Ömərov layihənin həyata keçirilməsinin Azərbaycan Universitetləri üçün önəmli olduğunu və bunun gələcəkdə bütün Azərbaycan Universitetlərinə tətbiqini məqsədyönlü hesab etdiyini bildirdi. Daha sonra Böyük Britaniya, İspaniya, İsveç, Litva Universitetlərinin nümayəndələri çıxış edərək müasir dövr təhsil sistemi üçün bu layihənin mühüm əhəmiyyətindən bəhs etdilər.
Tədbirin ilk günü həm yerli, həm xarici tərəfdaşlar öz universitetlərinin təqdimatları ilə çıxış etdilər. Universitetlər özünütəhlil hesabatlarını təqdim etdilər. 
Təlim xarici partnyorlardan Middlesex Universitetindən George Dafooulas, Alikante Universitetindən Luiz Gomez de Membrillera, İsvec Texnologiya İnstitutundan Viktor Kordas və Litvanın Tətbiqi Sosial Elmlər Universitetindən  Diana Garlytska  tərəfindən aparıldı.  
   Universitetimizi tədbirdə layihənin meneceri humanitar məsələlər üzrə prorektor, dosent  Ramiz Huseynov və beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Samirə Məmmədova təmsil etdilər.
 
 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az