Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Psixi inkişafın ləngiməsinin erkən aşkarlanması, diaqnostikası və korreksiyası”mövzusunda elmi seminar keçirildi
“Psixi inkişafın ləngiməsinin erkən aşkarlanması, diaqnostikası və korreksiyası”mövzusunda elmi seminar keçirildi
Mayın 3-də universitetdə Pedaqogika və psixologiya kafedrasının təşkilatçılığı ilə “Psixologiya Günü”nə həsr olunmuş “Psixi inkişafın ləngiməsinin erkən aşkarlanması, diaqnostikası və korreksiyası”mövzusunda elmi seminar keçirildi.
Seminarı giriş sözü ilə universitetin rektoru professor Elxan Hüseynov açaraq bildirdi ki, bu gün ölkəmizdə uşaq və yeniyetmələrə, gənclərə göstərilən diqqət və qayğı, onlara yaradılan hərtərəfli şərait dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.  Hər bir dövlətin əsas öhdəliklərindən biri də xalqın sağlam gələcəyini təmin etməkdir. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün də Prezident cənab İlham Əliyevin uğurla davam etdirdiyi sosialyönümlü siyasətin nəticəsidir ki, gələcəyimiz olan uşaqların sağlamlığına xüsusi əhəmiyyət verilir.  Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın səyləri nəticəsində uşaqlara, xüsusilə xəstə və kimsəsizlərə göstərdiyi qayğı danılmazdır. Xəstə uşaqlarla bağlı Heydər Əliyev Fondu tərəfindən təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində həyata keçirilən tədbirlər əsl mərhəmət və humanistlik nümunəsidir. Təhsil və uşaq müəssisələrinin maddi-texniki bazasının təkmilləşdirilməsi, uşaq evlərində böyüyən uşaqların gələcəyi, sağlamlıq imkanları məhdud və köməksiz uşaqların sağlamlıqlarının qorunması ilə bağlı fond tərəfindən həyata keçirilən tədbirlərin müstəsna əhəmiyyəti vardır.
Rektor bu gün bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkomaniyanın gətirdiyi dəhşətli acılardan da danışaraq sağlam gələcək naminə gənclərə bu bəladan uzaq olmağı arzuladı.
Pedaqogika və psixologiya kafedrasının müdiri dosent Aytəkin Məmmədova “Psixi inkişafın ləngiməsi və oliqofreniya”, Pedaqogika və psixologiya kafedrasının müəllimi Rima Əyyubova “Autizm və onun əlamətləri”, baş müəllim Sevər Mirzəyeva “Daun sindromu və onun əlamətləri” mövzularında çıxış etdilər. Qeyd etdilər ki, Korreksion pedaqogikanın aktual problemlərindən biri psixi inkişafın ləngiməsi problemidir. Bu problem həm uşaqların səhhəti, həm də eyni zamanda məktəb təlimi, məktəb müvəffəqiyyətsizliyi ilə sıx bağlıdır. Psixi inkişafın ləngiməsi (PİL) altında psixi funksiyaların yetişməsinin ləngiməsi və bu səbəbdən yaş normalarından geri qalması başa düşülür. PİL erkən yaş dövründə inkişaf etməyə başlayır, stabil gedişlə və uşaq böyüdükcə təzahürlərinin azalması ilə xarakterizə olunur.  PİL-in korreksiyasının əsasında psixoloq, loqoped, həkim, müəllim – defektoloq və b. fəal iştirakını nəzərdə tutan çoxşahəli yanaşma durur. Cəmiyyətin ən ağrılı problemlərindən biri  də autizm sindromu bütün dünyada yayıldığı kimi, Azərbaycanda da geniş yayılmışdır. İlk baxışda xarici görünüşcə normal uşaq təəssüratı yaradan bu uşaqlar müxtəlif autistik əlamətlərlə mövcuddur. Belə uşaqların valideynləri əlamətlərin olduğundan şübhəli olsalar uyğun mütəxəssisə müraciət etməli və lazımi tədbirləri görməlidirlər. Digər ağır sindrom isə daundur. Daun sindromu əqli gerilik diaqnozu ilə assosiasiya olunan bir durumu bildirən, ən çox yayılmış və asanlıqla müəyyənləşdirilə bilən xromosom halıdır. Bunu törədən səbəb xromosom anormallığı ilə əlaqədar olur. Elə seminarın da keçirilməsində əsas məqsəd cəmiyyətin diqqətini bu problemə çəkmək, maarifləndirmə tədbirlərini aparmaqdır.
Seminar müzakirələrlə davam etdi.
 
 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az