Əsas səhifə | Xəbərlər | SDU-da “Xarici dil – karyeraya aparan yol” adlı olimpiadanın qalibləri mükafatlandırıldı
SDU-da “Xarici dil – karyeraya aparan yol” adlı olimpiadanın qalibləri mükafatlandırıldı
Mayın 5-də Sumqayıt Dövlət Universiteti və Sumqayıt şəhər Təhsil şöbəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş Sumqayıt şəhər məktəblilərinin  IX-XI sinif şagirdləri üçün  ilk dəfə olaraq  ingilis, rus, alman dili  fənnləri üzrə “Xarici dil – karyeraya aparan yol” adlı olimpiadanın qaliblərinin  mükafatlandırılma mərasimi keçirildi.
Universitetin rektoru professor Elxan Hüseynov  olimpiadada qalib olmuş şagirdləri, onların üzərində əməyi olan müəllimləri və valideyinlərini  təbrik etdi. Qeyd etdi ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş Sumqayıt Dövlət Universitetində silsilə tədbirlər, konfranslar, olimpiadalar təşkil olunur. Rektor ulu öndər Heydər Əliyevin elm və təhsilə daim böyük önəm verdiyini, Ümummilli liderin ideyalarının davamçıları  Prezident cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən təhsilə xüsusi diqqət və qayğı göstərildiyini vurğuladı. Rektor onu da diqqətə çatdırdı ki, universitetimizin maddi-texniki bazası möhkəmləndirilərək ölkənin və regionun nüfuzlu elmi-tədris mərkəzinə çevrilmişdir. Şəhərimizin, eləcə də regionun elmi-mədəni elitasının formalaşmasını təmin edən Sumqayıt Dövlət Universitetində kadr potensialının inkişafı üçün müxtəlif layihələr gerçəkləşdirilir. Beynəlxalq əməkdaşlıq əlaqələrini yüksək səviyyəyə çatdırmaqla, mükəmməl bir ali təhsil müəssisəsi modelini yaratmışdır. Universitetimiz dünyanın bir çox aparıcı elm ocaqları ilə sıx əməkdaşlıq edir,  tələbə-müəllim mübadiləsi aparır, ikili diplomların verilməsi istiqamətində də mühüm uğurlara imza atır.Bu gün  universitetimizdə olimpiadaların təşkil edilməsində məqsəd universitet-məktəblər arasındakı əlaqələrin genişləndirilməsindən ibarətdir. Bu istiqamətdə Sumqayıt Dövlət Universitetində təşkil olunan  fənn olimpiadalarında  iştirakçılarının sayı ildən-ilə çoxalır, əlaqələr uğurla inkişaf edir. Bu da şagirdlərin hərtərəfli, mükəmməl biliyə yiyələnməyinə xidmət edir.
Olimpiadanın qalibləri  Sumqayıt Dövlət Universiteti və Sumqayıt şəhər Təhsil şöbəsinin fəxri fərmanları və qiymətli hədiyyəri ilə təltif olundular.
Qeyd edək ki, universitetimizdə ilk dəfə olaraq xarici dildən keçirilən fənn olimpiadası  2 (iki) mərhələdən ibarət idi. Bilik yarışında Azərbaycan və rus bölməsindən 240 şagird arasında  57 nəfər ikinci tura vəsiqə qazanmışdı. 
Olimpiadada qalib olan 13 şagird isə Sumqayıt Dövlət Universiteti və Sumqayıt şəhər Təhsil şöbəsinin fəxri fərmanları və qiymətli hədiyyələri ilə təltif olundular.
Sonda Filologiya fakültəsinin dekanı dosent Sevinc Həmzəyeva, Xarici dillər kafedrasının müdiri professor Nigar İsgəndərova və valideynlər 
olimpiadanın təşkilində yaradılan şəraitə görə universitetin rektoru professor Elxan Hüseynova təşəkkürlərini bildirdilər.
 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az