Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Ali məktəb tələbələri arasında informatika üzrə XII Ümumrespublika Olimpiadası”nda komandamız final mərhələsinə yüksəldi
“Ali məktəb tələbələri arasında informatika üzrə XII Ümumrespublika Olimpiadası”nda komandamız final mərhələsinə yüksəldi
Mayın 5-də AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika olimpiadasının final mərhələsi keçirildi. 2007-ci ildən müntəzəm olaraq keçirilən tədbirin təşkilatçıları Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və İnformasiya Texnologiyaları İnstitutudur.
17 may – Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş olimpiadanın əsas məqsədi ali məktəb tələbələrinin informatika, proqramlaşdırma sahəsindəki biliklərinin və bu sahəyə olan marağın artırılması, habelə sahə üzrə seçilən tələbələrin beynəlxalq yarışlara cəlb edilməsidir.
Tədbiri giriş sözü ilə açan AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru akademik Rasim Əliquliyev olimpiada iştirakçılarını akademiya prezidenti akademik Akif Əlizadə və rəhbərlik etdiyi qurumun kollektivi adından salamlayıb.O, ənənəvi hal alan olimpiadanın bu il ümummillli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünə təsadüf etdiyini söylədi. R.Əliquliyev bildirib ki, ötən 10 il ərzində hər il orta hesabla 10-15 ali təhsil müəssisəsindən 40-50 komanda (160-200 iştirakçı) olimpiadanın birinci mərhələsinə qoşulub, bu il isə respublika üzrə 25 ali təhsil müəssisəsindən 62 komanda yarışda iştirak hüququ qazandı. 
Qeyd edək ki, seçilmiş 14 komanda arasında Sumqayıt Dövlət Universitetinin Riyaziyyat fakültəsinin komandası da ikinci (final) mərhələyə vəsiqə qazandı. 
Qaliblər Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş tədbirdə qiymətli hədiyyələr, fəxri fərman və diplomlarla mükafatlandırılacaqlar.
 
 
 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az