Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkür teleqramı ünvanladı
Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkür teleqramı ünvanladı
 
Möhtərəm cənab Prezident! 
Anadan olmasının 95-ci ildönümünü Ümumxalq El Bayramı kimi yenicə qeyd etdiyimiz Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi Sizin apardığınız uğurlu daxili və xarici siyasət nəticəsində gündən-günə çiçəklənən respublikamız regionda lider dövlətə çevrilmiş, dünya dövlətləri arasında öz layiqli yerini tutmuşdur.
Bugün öz dövlətçilik tarixinin dinamik inkişaf mərhələsini yaşayan ölkəmiz ictimai həyatın hər bir sahəsində olduğu kimi, elm və təhsil  sahələrində də yeni-yeni uğurlara imza atır. 
Zati-Aliləri!
Azərbaycan Respublikasında təhsil sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə ömrünün 65 ilindən artıq dövrünü əhatə edən elmi-pedaqoji fəaliyyətini Sumqayıt şəhəri ilə, son 56 ilini Sumqayıt Dövlət Universiteti ilə bağlamış professor Həsən Şiralı oğlu Sadıqova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında 11 May 2018-ci il tarixli Sərəncamınız   Universitetin professor-müəllim heyəti və  bütün kollektivi tərəfindən böyük sevinc hissi ilə qarşılanmışdır.
Bu ali təltif təkcə professor Həsən Sadıqovun əməyinə deyil, bütövlükdə Sumqayıt Dövlət Universiteti kollektivinin fəaliyyətinə verilmiş yüksək qiymətdir.  
Yüksək etimadınızı doğrultmaq üçün bundan sonra da var qüvvəmizlə çalışacağımıza Sizi əmin edirik. 
 
Dərin hörmət hissi ilə, 

Sumqayıt Dövlət Universitetinin        
rektoru Elxan Hüseynov

 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az