Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Beynəlxalq əməkdaşlıq şöbəsinin və xarici dillər kafedrasının birgə təşkilatçılığı ilə məlumat günü
Beynəlxalq əməkdaşlıq şöbəsinin və xarici dillər kafedrasının birgə təşkilatçılığı ilə məlumat günü
Mayın 11-də Sumqayıt Dövlət Universitetinin  Filologiya fakültəsində,  Mövlanə Mübadilə Proqramının tələbələr üçün təqdimatı keçirildi. Təqdimatda filologiya fakültəsinin dekanı dosent Sevinc Həmzəyeva, Xarici dillər kafedrasının müdiri professor Nigar İsgəndərova,  Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Samirə Məmmədova, həmin şöbənin əməkdaşları və tələbələr iştirak etdilər.
Tədbiri  giriş sözü ilə  Xarici dillər  kaferdasının  müdiri professor Nigar İsgəndərova açaraq mübadilənin hər bir univesitetin elmi faəliyyət istiqamətlərinin prioritetlərindən  biri olduğunu vurğuladı. Bildirdi ki, Mövlanə Mübadilə Proqramı da belə layihələrdən biridir. 
Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri Samirə Məmmədova Beynəlxalq şöbənin yaranması, fəaliyyət istiqamətləri, beynəlxalq TEMPUS, ERASMUS layihələri, mübadilə proqramları, əldə olunmuş nailiyyətlər barədə ətraflı təqdimatla çıxış etdi. Şöbənin işində könüllü olaraq çalışan tələbələrin fəaliyyətindən də bəhs etdi.
Şöbənin könüllü əməkdaşı, SDU-nun Fizika və elektroenergetika fakültəsinin III kurs  tələbəsi Nicat Hüseynov Mövlanə Mübadilə Proqramı haqqında təqdimatla çıxış edərək proqrama müraciət qaydaları, iştirak şərtləri,  nəticələrin elan edilməsi barədə ətraflı məlumat verdi. 
Sonra mövzu ətrafında suallar səsləndirildi, müzakirələr aparıldı. Onu da qeyd edək ki, tədbir ingilis dilində aparıldı.
 
 
 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az