Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetinə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə təbrik məktubları gəlməkdə davam edir
Sumqayıt Dövlət Universitetinə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə təbrik məktubları gəlməkdə davam edir

Sumqayıt Dövlət Universitetinə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə təbrik məktubları gəlməkdə davam edir Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və səlahiyyətli səfiri Şerzod Fayziyev Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynova təbrik məktubu ünvanladı.
          Hörmətli Elxan müəllim!
Azərbaycanın milli bayramı olan Respublika Gününün 100 illlik yübileyi münasibətilə səmimi təbrik və xoş arzularımı qəbul edin.
Azərbaycan bütün sahələrdə sürətli inkişaf nümayiş etdirir. Ölkə genişmiqyaslı siyasi, iqtisadi islahatlar və yeniliklər etməklə inamla irəli gedir.
Əminəm ki, ölkələrimiz və xalqlarımız arasında tarixən mövcud olan ənənəvi dostluq əlaqələri gələcəkdə də Özbəkistan və Azərbaycan arasında bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın etibarlı təməli olacaqdır.
Bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm can sağlığı, müvəffəqiyyət və iş fəaliyyətinizdə uğurlar arzu edirəm.

 
Ən xoş arzularla,
Şerzod Fayziyev,
Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və səlahiyyətli səfiri
 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az