Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Xaricdə təhsil və karyera imkanları
Xaricdə təhsil və karyera imkanları
Elvin Qəhrəmanov: Prezident cənab İlham Əliyevin dediyi kimi, xaricdə təhsil alan nümunəvi tələbələrimiz bizim orada səlahiyyətli səfirimizdir
Mayın 26-da universitetdə Karyera Mərkəzinin təşkilatçılığı ilə  “Xaricdə təhsil və karyera imkanları” adlı təlim keçirildi. 
Karyera Mərkəzinin direktoru Zahid Bünyadov təlimin əhəmiyyətindən bəhs edərək qeyd etdi ki, əsas məqsəd gənclərin xaricdə təhsil imkanları və perspektivləri ilə bağlı informasiya təminatının səviyyəsini yüksəltməkdir. 
Elvin Qəhrəmanov tərəfindən aparılan təlimdə tələbələrə müxtəlif ölkələrdə təhsil imkanları, təqaüd imkanları, həyat şərtləri, xaricdə təhsilin bizə verəcəyi imkanlar və gələcək perspektivləri barədə məlumat verildi. Bildirildi ki, gənclərin xaricdə təhsil almalarının bir faydası da ölkəmizin xaricdə təbliği və tanınmasıdır. Prezident cənab İlham Əliyevin dediyi kimi, xaricdə təhsil alan nümunəvi tələbələrimiz bizim orada səlahiyyətli səfirimizdir. Eyni zamanda karyera ilə bağlı gənclərə bir sıra tövsiyələr verildi, düzgün karyera planlaşdırmağın əsas amilləri diqqətə çatdırıldı. 
Qeyd edək ki, Elvin Qəhrəmanov SDU-nun Politologiya ixtisası üzrə bakalavr, BDU-nun “İdarəetmənin sosiologiyası” istiqaməti üzrə magistr dərəcəsini almış, İELTS imtahanı üzrə 8.5 bal toplayaraq bu istiqamətdə tələbələri imtahanlara hazırlayır və xaricdə təhsil imkanları yaradır.
Sonda tələbələri maraqlandıran suallar cavablandırıldı.
 
 

 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az