Universitetimizdə Azərbaycan  üçün mühəndis təhsilində tədris prosesinin Boloniya prosesinə uyğunlaşdırılması  üzrə 516678-TEMPUS-1-2011-1-DE-TEMPUS-JPCR  layihəsi bakalavr və magistr  təhsilinin akkreditasiyasına həsr olunmuş görüş keçirildi.
SDU-nun rektoru Elxan Hüseynov  Köln Tətbiqi Elmlər Universitetinin professoru Reza Talebi- Daryanini qəbul edərək, onu yenidən universitetimizdə gördüyündən  məmnun olduğunu  ifadə etdi.
Layihənin koordinatoru, professor  Reza Talebi- Daryani səfərinin əsas məqsədinin martın 29-dan aprelin 2-nə qədər  Almaniyanın ASİİN akkreditasiya təşkilatı tərəfindən Sumqayıt Dövlət  Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Dövlət Neft  Akademiyasında üç bakalavr və üç magistr proqramların akkerditasiya olunmasına  hazırlıqla bağlı olduğunu açıqladı. Layihənin koordinatoru Reza Talebi- Daryani  son dövrlər SDU-da görülən və həyata keçirilən layihələrin uğurlarından, hal-hazırda  universitetdə yaradılan Avropa təhsil sisteminin standartlarına cavab verən  texniki avadanlıqlarla təmin olunan laboratoriyaların səviyyəsini yüksək qiymətləndirdi. 
Universitetin rektoru Elxan Hüseynovun  rəhbərliyi ilə keçirilmiş işçi görüşdə akreditasiyaya hazırlıq işlərinin planı  müzakirə edildi. Bildirildi ki, layihədə mühəndis təhsilinin təkmilləşdirilməsi və TEMPUS  layihələrinin  akkreditasiyası nəzərdə tutulub. Qiyabi və distant təhsil üzrə  prorektor dosent Qafar Atayev layihənin əlaqələndirici şəxsi,   Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri,  dosent Turqay Hüseynov  layihənin ixtisas  rəhbəri, rektorun müşaviri, dosent Ulduz Ağayev və dosent Ramiz Hüseynov layihədə  qiymətləndirmə üzrə məsul şəxs təyin olundular.
Layihə ətrafında maraqlı müzakirələr aparıldı.
Mətbuat xidməti