Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Standart İnsurance Sığorta Şirkətinin Tələbə-Təcrübə Mübadilə Proqramı çərçivəsində görüş
Standart İnsurance Sığorta Şirkətinin Tələbə-Təcrübə Mübadilə Proqramı çərçivəsində görüş
Mayın 30–da Sumqayıt Dövlət Universitetinin Karyera Mərkəzinin və İqtisadiyyat və idarəetmə fakültəsinin təşkilatçılığı ilə fakültə tələbələri üçün Standart Insurance Sığorta Şirkəti Tələbə-Təcrübə Mübadilə Proqramı çərçivəsində görüş keçirildi.
Tədbiri giriş sözü ilə Karyera Mərkəzinin müdiri Zahid Bünyadov açaraq univeristet rəhbərliyinin tələbələr üçün yaratdığı imkanlardan danışdı. Tələbələrin fərdi inkişafı üçün təşkil edilən müxtəlifistiqamətli təlim, treninq və təcrübə mübadilə proqramları haqqında məlumat verdi.
Görüşdə Standart Insurance Sığorta Şirkətinin İnsan Resursları Şöbəsinin rəisi Rəşid Qafarov çıxışında bildirdi ki, 16 ildir fəaliyyət göstərən Standart Insurance Sığorta Şirkətinin nizamnamə kapitalı 6 milyon manatdır. Əsas fəaliyyət istiqamətlərinə avtomobil, əmlak və səyahət sığortaları daxildir. Şirkətin keyfiyyətli xidməti onu digər şirkətlərdən fərqləndirən əsas meyarlardan biridir. Həmçinin qəzalar zamanı sığorta olunana operativ ödənişin həyata keçirilməsi də fərqli meyarlardan biridir. Biznesin İnkişafı Departamentinin Müştəri Xidmətləri şöbəsinin müdiri Rüstəm Əhmədov tələbələrə yay tətili zamanı Bakı, Sumqayıt, Quba, Gəncə, Lənkəran, Zərdab və Şəki filiallarında ödənişsiz təcrübə keçməyi, praktiki biliklərini və vərdişlərini artırmağı təklif etdi. O həmçinin qeyd etdi ki, Standart Insurance Sığorta Şirkəti Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Biznes Universiteti, Xəzər Universiteti, Gəncə Dövlət Universiteti ilə yaxından əməkdaşlıq edir.  
Sonda Maliyyə və mühasibat uçotu kafedrasının müdiri dosent Loğman Abdullayev qonaqlara təşəkkürünü bildirdi. Tələbələrə yaradılan bu şəraitdən faydalanmağı tövsiyə etdi. 
 
 
 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az