Əsas səhifə | Xəbərlər | Yaz semestrinin imtahan sessiyası öz işinə başladı
Yaz semestrinin imtahan sessiyası öz işinə başladı
Azərbaycan Respublikasının Təhsil naziri cənab Ceyhun Bayramov ali və orta ixtisas təhsili müəssisələrində 2017-2018-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasını mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək məqsədi ilə əmr imzalamışdır. Sumqayıt Dövlət Universitetində bu əmrin icrası ilə bağlı imtahalarda obyektivliyin və şəffaflığın təmin olunması istiqamətində hazırlıq işləri yüksək səviyyədə aparılmışdır. İyunun 4-də universitetin rektoru professor Elxan Hüseynov, prorektorlar, Tədris hissəsinin müdiri və dekanlar ayrı-ayrı fakültə üzrə imtahanların gedişini izlədilər. Rektor tələbələrin imtahanların gedişinə münasibəti ilə maraqlandı və  normativ sənədlərə baxış keçirdi.  Universitetdə tələbələrin tədrisi üçün geniş imkanların yaradıldığını qeyd etdi və bildirdi ki, sessiya zamanı şəffaflığın təmin olunması, yaranmış neqativ halların aradan qaldırılması üçün İctimai Nəzarət və Məsləhət Şurası yaradılıb, həmçinin Qərargah və Apelyasiya Komissiyası fəaliyyət göstərir. Bu məqsədlə universitetin bütün tədris binalarında müraciət və təkliflər qutuları asılıb. Hər hansı bir problemlə qarşılaşan tələbə müraciət edə bilər.
İmtahan zamanı tələbələr yaradılan şəraitdən və imtahanların gedişindən razı qaldıqlarını bildirdilər. 
Qeyd edək ki, SDU-nun rektoru mütəmadi olaraq imtahan prosesini müşahidə edir, imtahanların çevik, şəffaf və obyektiv keçirilməsi üçün öz tapşırıq və tövsiyələrini verir.
 
 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az