Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Nümayəndə heyətimiz UDNTU-da keçirilən II Beynəlxalq olimpiadada universitetimizi layiqincə təmsil etdilər
Nümayəndə heyətimiz UDNTU-da keçirilən II Beynəlxalq olimpiadada universitetimizi layiqincə təmsil etdilər
Mayın 19-dan 26-dək Azərbaycan-Rusiya Ali Məktəblər Assosiasiyası üzvlərinin ikitərəfli tədbirlərin həyata keçirilməsi çərçivəsində universitetimizin Kimya və biologiya fakültəsinin dekanı dosent Mahal Muradovun rəhbərliyi ilə bir qrup tələbəmiz Nicat Hüseynov, Pərvin Məhərrəmova, Vüsal Əhmədov Başqırdıstan Respublikasının Ufa Dövlət Neft Texniki Universitetində “Kimya sənayesinin proses və aparatları” fənnindən II Beynəlxalq olimpiadasında iştirak etdilər. Aktiv və çalışqan tələbələrimiz münsiflər heyəti və UDNTU-nun rektoru professor Ramin Baxtizin tərəfindən sertifikata layiq görüldülər və  SDU-nun rektoru professor Elxan Hüseynova təşəkkürnamə məktubu ünvanladı. 
Nümayəndə heyətimiz səfər zamanı Rusiya Elmlər Akademiyasının Kataliz və Neft Kimyası İnstitutunun direktoru Usein Cemilovla, REA Neft Kimya Prosesləri İnstitutunun rəhbərliyi ilə görüşdülər, institutların tədqiqat laboratoriyaları ilə tanış oldular. Həmçinin UDNTU-nun rektoru prof. R.N.Baxtizinlə, prorektor O.A.Baulinlə, fakültə dekanı Marat Novruzoviçlə, D.İ.Mendeleyev adına Kimya Texnologiya Universitetinin kafedra müdiri professor Leonid Raviçevlə, Qubkin adına Neft-qaz Universitetinin dosenti, “Elistek –injiniriq” MMC-nin baş mütəxəssisi Valeriy Andrikanislə, İrkutsk Dövlət Texniki Universitetinin kafedra müdiri professor Svetlana Dyaçkova ilə, Perm Milli Tədqiqat Politexnik Universitetinin kafedra müdiri professor Yevgeniy Moşev və s. görüşlər keçirildi, əlaqələr yaradıldı, elmin inkişafı istiqamətində bir sıra təkliflər irəli sürüldü. Kafedra müdiri Tatyana Rudolfovna nümayəndə heyətimiz Ufa şəhərində olduğu müddətdə daima onlara dəstək oldu. Nümayəndə heyətimiz Ufa şəhəri ilə yaxından tanış oldu, filarmoniya və mədəniyyət evində keçirilən konsertlərdə iştirak etdi və xoş təəssüratlarla vətənə döndü.
 
 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az