Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | ERASMUS+EQAC layihəsi çərçivəsində məlumat günü keçirildi
ERASMUS+EQAC layihəsi çərçivəsində məlumat günü keçirildi

   

İyunun 6-da Sumqayıt Dövlət Universitetində  “Azərbaycan Universitetlərində Keyfiyyətə Təminat Mərkəzlərinin Yaradılması və İnkişaf Etdirilməsi (EQAC)” layihəsi çərçivəsində məlumat günü keçirildi.
Qeyd edək ki, layihədə Avropadan 5, Azərbaycandan 11 universitet tərəfdaş qismində iştirak edirlər. SDU üzrə layihənin koordinatoru Humanitar məsələlər üzrə prorektor dosent Ramiz Hüseynovdur.
Tədbirdə Bakı Biznes Universitetinin Beynəlxalq əlaqələr üzrə  prorerktoru iqtisad üzrə fəlsəfə doktoru Eşqin Bayramov, layihələr şöbəsinin mudiriGülşən Bayramova, Beynəlxalq əlaqələr şöbəsinin müdiriZamiq Əhmədov, Keyfiyyətə Təminat və Nəzarət Mərkəzinin müdiriTürkanə Allahverdiyeva, SDU-nun müəllimləri, tyutorları, struktur rəhbərləri və əməkdaşları iştirak etdilər.
Tədbiri Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Samirə Məmmədova  açaraq layihə haqqında məlumat verdi və qonaqlara təşəkkürünü bildirərək çıxış üçün sözü layihə meneceri Gülşən Bayramovaya verdi. 
Gülşən Bayramova layihə haqqında geniş təqdimatla çıxış edərək layihənin Azərbaycan universitetləri üçün əhəmiyyətindən danışdı. Bildirdi ki, Azərbaycan ali təhsil müəssisələrində keyfiyyətin təminatı mərkəzlərinin yaradılması, iş prinsiplərinin beynəlxalq standartlara uyğunlaşdırılmasından ibarət olan layihə çərçivəsində həyata keçiriləcək təlimlər, yerli və xarici  mütəxəssislər  tərəfindən keçiriləcək təlimlər, onların təşkili məsələləri, ən əsası isə sonda universitetlərdə keyfiyyətin daha mükəmməl idarəetmə sisteminin qurulması məqsədilə onlayn platforma yaradılacaqdır.
Sonra mövzu ətrafında suallar səsləndirildi, müzakirələr aparıldı.
 
 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az