Əsas səhifə | Xəbərlər | Nümayəndələrimiz Ufa Dövlət Aviasiya Texniki Universitetində oldular
Nümayəndələrimiz Ufa Dövlət Aviasiya Texniki Universitetində oldular
Mayın 28-dən 31-dək Ufa Dövlət Aviasiya Texniki Universitetində “İnformasiya texnologiyaları üçün İntellektual qərar qəbuletmə vasitələri + tətbiqi optimallaşdırmanın model və Alqoritmləri” mövzusunda keçirilən konfransda universitetimizin Proseslərin avtomatlaşdırılması kafedrasının müdiri professor Cavanşir Məmmədov və Metrologiya və standartlaşdırma kafedrasının müdiri dosent Qurban Abdullayeviştirak etdilər. Konfransın Rəqəmsal İqtisadiyyatda İnformasiya Texnologiyaları üzrə bölmə iclasına professor Cavanşir Məmmədov rəhbərlik etmişdir. Dosent Qurban Abdullayev “Çevik istehsal sahəsinin bazasında ölçmə-idarəetmə sistemlərinin tədqiqi” mövzusunda məruzə etmişdir. Konfransdan sonra nümayəndələrimiz Ufa Dövlət Aviasiya Texniki Universitetinin İnformatika və robototexnika fakültəsinin və onun Texniki Kibernetika, İnformatika, Robototexnika kafedraları  ilə tanış oldular. Bildirildi ki, təcrübi problem laboratoriyasının kontingenti-peşəkar mühəndis və yüksəkixtisaslı mütəxəssislər  təsərrüfat müqavilələri əsasında sifarişlər alıb praktiki işləri həyata keçilir. Qeyd edək ki, ixtisaslaşdırılmış laboratoriya otaqlarında müasir elektronika, robototexnika, rəqəmsal avadanlıqlar  və şəbəkə vasitələri istifadə olunur. 
Sonra Ufa Dövlət Aviasiya Texniki Universitetinin İnformatika və Robototexnika fakültəsinin dekanı və kafedra müdirləri ilə görüş keçirildi.  Görüşdə Sumqayıt Dövlət Universitetinin və Ufa Dövlət Aviasiya Texniki Universitetinin professor-müəllim heyətinin bu ali təhsil müəssisələrində birgə mühazirələr oxuması, fəlsəfə və elmlər doktoru hazırlığı üzrə Sumqayıt Dövlət Universitetinin və Ufa Dövlət Aviasiya Texniki Universitetinin birgə əməkdaşlığı,dissertasiya işlərinə elmi rəhbərlərin və məsləhətçilərin təyini üzrə məsələlərin razılaşdırılması, Sumqayıt Dövlət Universitetinin və Ufa Dövlət Aviasiya Texniki Universitetinin birgə elmi konfranslarının keçirilməsi məsələləri müzakirə olundu.
Mayın 31-də isə nümayəndə heyətimiz Başqırtıstan Dövlət Universitetinin İnnovasiya Mərkəzinin Texnoparkında oldular. Texnoparkın direktoru dosent Yarullin Raşid Kamiloviçlə görüş keçirildi. O, texnoparkın yaradılması və sənədləşdirilməsi. Başqırtıstan Dövlət Universitetinin nəznində fəaliyyət göstərən elmi şuranın qərarı ilə İnnovasiya Mərkzinin Texnoparkının yaradılması haqqında məlumat verdi. Bildirildi ki, Başqırtıstan Dövlət Universitetinin İnnovasiya Mərkəzinin Texnoparkında innovativ layihələrin ilkin biznesinin təşkili üçün StarUp-lar həyata keçirilir. Bu universitetdə yaradılan StartUp Fondu əsasında ildə iki dəfə elm müsabiqəsi keçirilir, qalib layihələr İnnovasiya Mərkəzinin Texnoparkında tədqiqat aparmaq hüququ qazanır. Həmin layihələr təşkil olunmuş sərgilərdə nümayiş etdirilərək iş adamları tərəfindən qrantlara layiq görülür.   
Görüşün sonunda SDU-nun və Başqırtıstan Dövlət Universitetinin İnnovasiya Mərkəzinin Texnoparkının birgə əməkdaşlığı məsələsi də müzakirə olundu. Nümayəndələrimiz Başqırtıstan Dövlət Universitetinin professor-müəllim heyətini 15-16.11.2018-ci il tarixlərində SDU-da keçiriləcək beynəlxalq konfransa dəvət etdilər.
 
 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az