Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Tələbələrimiz bədii yaradıcılıq festivalında kubokla mükafatlandırıldılar
Tələbələrimiz bədii yaradıcılıq festivalında kubokla mükafatlandırıldılar
İyunun 13-də Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə ali, orta və ilk peşə-ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında keçirilmiş bədii yaradıcılıq müsabiqə-festivalının qaliblərinin mükafatlandırılması mərasimi keçirildi. 
Tədbirdə AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev ümummilli lider Heydər Əliyevin doğma Vətən və xalq qarşısında müstəsna xidmətlərindən danışdı. Cəmiyyətin inkişafında elmin, təhsilin, mədəniyyətin, idmanın mühüm rolunu vurğulayan AHİK-in sədri dahi rəhbər Heydər Əliyevin bu sahələrə daim xüsusi önəm verdiyini, Ulu öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini söylədi. Bildirdi ki, festivalın keçirilməsinin məqsədi şagird və tələbələrin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsi, istedadlı gənclərin aşkara çıxarılması, onların bacarıqlarının inkişaf etdirilməsinə dəstək göstərilməsi və bədii-estetik səviyyələrinin yüksəldilməsidir.
Festivalın yekun konsertində 19 ali, 12 orta ixtisas və 11 peşə təhsili müəssisəsinin 200-dən çox şagird və tələbəsi iştirak etdi.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Məhəbbət Vəliyeva ümummilli lider Heydər Əliyevin gənclərə göstərdiyi böyük diqqət və qayğıdan danışdı, festivalın əhəmiyyətini vurğuladı.
Sonra festivalın qaliblərinə mükafatlar təqdim olundu. Qaliblər arasında Sumqayıt Dövlət Universitetinin “Səma” rəqs qrupu Milli rəqslər nominasiyası üzrə II yerə, İqtisadiyyat və idarəetmə fakültəsinin tələbəsi Alı Alıyev Xalq mahnıları nominasiyası üzrə II yerə, Filologiya fakültəsinin tələbəsi Ayna Yadigarova Vokal bəstəkar nominasiyası üzrə III yerə,  dörd tələbəmiz: Riyaziyyat fakültəsinin tələbəsi Nazlıgül Mustafayeva, Filologiya fakültəsinin tələbələri Bahar Quliyeva, Həsən Həsənzadə, Fizika və elektroenergetika fakültəsinin tələbəsi Asif Soltanov fəal iştiraklarına görə diploma layiq görüldülər.
Komandamıza kubok, qiymətli hədiyyələr, diplom və fəxri fərmanlar verildi.
 
 
 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az