Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Startap layihələrinin təqdimatı keçirildi
Startap layihələrinin təqdimatı keçirildi
Son zamanlar ali təhsil müəssisələri qabaqcıl tədqiqatlara əsaslanan biznes startaplarının yaradılması istiqamətində öz səylərini gücləndirir. Sumqayıt Dövlət Universitetində biznes inkubatorların yaradılması, biznesin inkişaf etdirilməsi üzrə proqramların təşviqi, sahibkarlıq təhsilinin artırılması və sahibkarlarla elm adamlarının əlaqələrinin gücləndirilməsi istiqamətində işlər görülür. İyulun 21-də Sumqayıt Dövlət Universitetində  startap layihələrinin təqdimatı keçirildi. Rektor professor Elxan Hüseynov Startap layihələrinin əhəmiyyətindən bəhs edərək qeyd etdi ki, ali təhsil müəssisələrində biznes inkubatorların yaradılması heyətin təhsil, elmi - innovativ layihələrə cəlb olunması, gənc menecer və sahibkarların yetişdirilməsi baxımından olduqca önəmlidir. Həmçinin biznes inkubatorların yaradılmasının əsas məqsədi tələbələrə öz startap bizneslərini qurmaqda tədris-metodiki, maddi-texniki, psixoloji və maliyyə dəstəyi göstərməkdən ibarətdir. Yeni startapların yaradılmasınının əsas mənbəyi yaradıcı ideyadır, startapın mövcud olmasının əsas vacib amili  isə komandadır.  Rektor Azərbaycan  Respublikasının Əqli Mülkiyyət  Agentliyinin  Rəyasət Heyətinin sədri Kamran İmanovun noyabrın 21-də İsveçrədə keçiriləcək müsabiqədə Sumqayıt Dövlət Universitetinin əməkdaşlarının iştirakı üçün dəvətini də tədbir iştirakçılarının diqqətinə çatdırdı. Çıxış edən Elm və innovasiyalar üzrə prorektor professor Ramazan Məmmədov qeyd etdi ki: "Sumqayıt Dövlət Universitetinin tələbə, müəllim və professor heyəti böyük bir komanda olaraq  müxtəlif startap layihələri üzrə ciddi hazırlaşmışlar və ümüd edirik ki, universitetimiz layiqincə təmsil olunacaq."
Tədbirdə Mühəndislik fakültəsinin professoru Cavanşir Məmmədov və dosent Qurban Abdullayev altı  startap layihəsini təqdim etdilər. Eyni zamanda Sənaye ekologiyası elmi-tədqiqat laboratoriyasının kiçik elmi işçisi Səkinəxanım Quliyeva, mühəndis İlhamə Hüseynova, laborant Ruhəngiz Əmirova, laborant Xəyalə Hacıyeva “İqtisadi baxımdan ucuz, ekoloji cəhətdən təmiz gübrənin ev şəraitində alınması və tətbiq perspektivləri”, Ətraf mühitin monitorinqi elmi-tədqiqat laboratoriyasının elmi işçisi Fizuli Şahgəldiyev, kiçik elmi işçi Ləman  Adilova, baş laborant Gülgün Səfərova “Kağız tullantılarından xüsusi lifli absorbentin alınması və ekoloji problemlərin həllində istifadəsi”, İnformasiya və kompüter texnikası kafedrasının müdiri, dosent Qadir Mənsurov, tex.e.n. Mətləb Hətəmov, kiçik elmi işçilər: Minayə Abdullayeva,  Fərmayıl İsmayılov “Portativ elektrolizer qurğusu” və s. mövzularında təqdimatla çıxış etdilər. Qeyd edək ki, ümumilikdə  14 layihə təqdim olundu, müəllif opponentləri   dinlənildi.
Layihələrin mənfəət göstəricilərinin artırılması yolları müzakirə edildi. Qarşıya çıxan maneələrin aradan qaldırılması üçün görüş iştirakçıları təkliflərlə çıxış etdilər, rektor professor Elxan Hüseynov öz tövsiyələrini verdi və təqdim olunan layihələrin  müasir dövrdə maraq doğuran və  elmi nöqteyi-nəzərdən səviyyəli olduğunu qeyd etdi, Elm və innovasiyalar üzrə prorektor professor Ramazan Məmmədova startap layihələri ilə bağlı ekspert komissiyasının yaradılmasına dair  tapşırıq verdi.
 
 
 

  Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az