Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Tələbərimiz AMİNOL şirkətində işlə təmin olunacaqlar
Tələbərimiz AMİNOL şirkətində işlə təmin olunacaqlar

 

Sumqayıt Dövlət Universitetinin Karyera Mərkəzi ilə Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərən AMİNOL şirkəti əməkdaşlıq etməyə başlamışdır. 
“AMİNOL” ticarət markalı sürtkü yağları Sumqayıt Kimya Sənaye Parkında, “ALCO” MMC-yə ayrılan ərazidə, ən müasir Alman texnologiyası əsasında istehsal edilir.   Zavodun illik istehsal gücü 30 min ton, investisiya həcmi isə 10 milyon ABŞ dollarıdır. Müəssisədə əsasən, mühərrik, sənaye, hidravlik, kompressor, turbin, transmissiya və gəmi yağları istehsal edilir.Təklif edilən yağlar tərkibinə görə mineral, yarısintetik və tam sintetik sürtkü yağlarıdır. Azərbaycanda sənayenin müasirləşdiyi, nəqliyyat vasitələrinin və texnoloji avadanlıqların yeniləndiyi bir dövrdə, yüksəkkeyfiyyətli sürtkü yağlarına böyük ehtiyac vardır.Yaranan tələbi ödəmək üçün inkişaf etmiş ölkələrdən gətirilən baza yağları və qatqılar yüksəkixtisaslı xarici və yerli mütəxəssislərin reseptləri əsasında, ən müasir Alman texnologiyası ilə istehsal edilir və avtomatlaşdırılmış italyan avadanlıqlarında qablaşdırılır. Alman texnologiyasında yüksəkixtisaslı kadrların istehsal etdiyi “AMİNOL” sürtkü yağlarının ən yüksək standartlara uyğun olduğuna zəmanət verilir.
AMİNOL şirkətinin istehsalat müdiri Emel xanım  Koşku və avadanlıq üzrə mühəndis Həmid Cəfərov Sumqayıt Dövlət Universitetinin tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru dosent Natiq Talıbovun qonağı olmuşdur.  Görüşdə Kimya və biologiya fakültəsinin dekanı dosent Mahal Muradov və Karyera Mərkəzinin müdiri Zahid Bünyadov da iştirak etmişlər. Görüşün əsas məqsədi şirkətilə universitet arasında əməkdaşlığı genişləndirmək, tələbələrin müəssisədə istehsalat təcrübəsində iştiraklarını təmin etmək, həmçinin məzunların şirkətdə çalışmalarına dəstək olmaq idi. Bütün bu qeyd etdiyimiz məsələlər yeni tədris ilində şirkətilə universitet arasında imzalanacaq müqavilədə öz əksini tapacaqdır. AMİNOL şirkəti SDU-nun kimyaçı, kimya mühəndisi, ekologiya mühəndisi, elektrik mühəndisi kimi ixtisaslarını bitirən məzunları ilə maraqlandıqlarını qeyd etdilər.
Emel xanım Koşkunun görüşdə vurğuladığı əsas cəhətlərdən biri də şirkətin kadr ehtiyacını Sumqayıt Dövlət Universitetinin peşəkar məzunları ilə təmin etməkdir. Bu məqsədlə Karyera Mərkəzinin vasitəçiliyi ilə SDU-nun Kimya və biologiya fakültəsinin məzunu Lalə Gülməmmədova AMİNOL şirkətinə mühəndis texnoloq vəzifəsinə işə götürülmüşdür. AMİNOL şirkəti ilə maraqlanan digər məzunlarımız da CV-lərini şirkətin elektron ünvanına göndərmişlər və yaxın günlərdə onlar müsahibə mərhələsinə çağırılacaqlar.  
 
 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az