Universitetimizdə fərdi inkişaf və karyera planlaşdırması müzakirə edilib
						
						Sumqayıt Dövlət Universitetində (SDU) fərdi inkişaf və  karyera planlaşdırması mövzusunda tədbir keçirilib. Tədbir “Ritorika Klubu” Tədris  Mərkəzi tərəfindən təşkil olunub.
AZƏRTAC xəbər verir ki, “Reduco” Tədris Mərkəzinin əməkdaşları IELTS (Beynəlxalq  ingilis dili imtahanı sistemi) və ACCA (Beynəlxalq Mühasibat Uçotu) barədə tələbələrə  ətraflı məlumat verib, onların suallarını cavablandırıblar. Eyni zamanda,  universitetdə qurulacaq Karyera Planlaşdırılması Mərkəzi barədə fikir mübadiləsi  aparılıb. Bu mərkəzin tələbələrin iş təcrübəsi qazanmaq, gələcəkdə iş tapmaqda əhəmiyyəti  müzakirə edilib.
Azərtac