Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Alimimizin monoqrafiyası xarici ölkədə dərc olunub
Alimimizin monoqrafiyası xarici ölkədə dərc olunub
Bu günlərdə Moldovada Tarix və coğrafiya fakültəsinin Coğrafiya və onun tədrisi metodikası kafedrasının müdiri professor Tahir Ağayevin “Atmosferdə baş verən fiziki proseslərin və hava hövzəsinin çirklənməsinin öyrənilməsində süni peyklərin məlumatlarının imkanları” adlı monoqrafiyası işıq üzü görüb.
Monoqrafiyada müasir dövrdə hava şəraitinin və atmosferin çirklənməsinin öyrənilməsində yerüstü və aeroloji müşahidələrdən əlavə,Yerin süni peyklərindən (YSP) alınan məlumatlar xüsusi əhəmiyyət kəsb edir. Bu məlumatlar atmosferin ümumi dövranı, çirklənməsi, hava şəraitinin qabaqcadan xəbər verilməsi və s. bir çox məsələlərin həllində lazımdır. YSP-nin köməkliyi ilə bulud örtüyünün və atmosferin tüstü qazları ilə çirklənməsinin vəziyyətinin təsvirləri, Yer-atmosfer sisteminin istilik rejimi haqqında məlumatlar əldə edilir. Buludluluğun təsvirləri qlobal miqyasda sinoptik obyektləri (siklonlar, cəbhə sistemləri, hava axınları və s.) izləməyə imkan verir. Fototəsvirlər atmosfer çirkləndiricilərinin konsentrasiyasını bilavasitə ölçməyə imkan vermir, lakin təsvirin tonunun intensivliyini (yerüstü məlumatlardan istifadə etməklə) təhlil etməklə çirkləndiricilərin konsentrasiyasına görə sahələri ayırmaq və onları miqdarı qiymətləndirmək olar. 
Qeyd edək ki, monoqrafiya atmosferin çirklənməsi, hava şəraitinin qabaqcadan xəbər verilməsi ilə məşğul olan mütəxəssislər üçün nəzərdə tutulur.
 
 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az