Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı yüksək bal toplayan məzunlarla görüşdü
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı yüksək bal toplayan məzunlarla görüşdü
Sentyabrın 12-də Sumqayıtda ali məktəblərə yüksək balla qəbul olunan məzunlarla görüş keçirildi.
Əvvəlcə Sumqayıt Dövlət Dram Teatrının foyesində şəhərin yaradıcı uşaqlarının əl işlərindən ibarət sərgiyə baxış oldu.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcov gəncləri əldə etdikləri uğurlar münasibəti ilə təbrik edərək onlara xoş arzularını çatdırdı, gələcək həyatlarında müvəffəqiyyətlər arzuladı.
Cənab Zakir Fərəcov son illər ölkəmizdə dövlət tərəfindən təhsilə göstərilən diqqət və qayğıdan danışdı və bu sahənin dövlət başçısı tərəfindən daim diqqət mərkəzində saxlanıldığını vurğuladı.
Şəhər rəhbəri bildirdi ki, ölkəmizdə təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülür, yeni məktəb binaları, əlavə tədris korpusları inşa edilir, mövcud məktəblərdə əsaslı təmir işləri aparılır. Bütün bunlar gənclərin yüksək səviyyədə təhsil almalarına və müstəqil ölkəmizin layiqli vətəndaşları olmalarına lazımi şərait yaradır.
Qeyd olundu ki, qəbul imtahanlarında iştirak edən 2256 nəfər abituriyentdən 1739 nəfəri uğurlu nəticə göstərərək tələbə adını qazana bilmiş, beləliklə də, şəhər üzrə 77,1% təşkil etmişdir. Qeyd etmək lazımdır ki, bu ölkə üzrə ən yaxşı qəbul faizi olmaqla yanaşı, son illərin də ən yüksək göstəricisidir.
Qəbul imtahanlarında iştirak edən məzunların (I-IV qruplar üzrə) 461 nəfəri, yəni məzunların 21%-i 500-dən, o cümlədən 211 nəfəri, yəni abituriyentlərin təxminən 10%-i 600-dən yuxarı bal toplaya bilmişdir. Ötən illə müqayisədə 600-dən çox bal toplayanların sayı 44 nəfər, yəni təxminən 43% artmışdır. Həmçinin 500-700 intervalında bal toplayan şəhər abituriyentlərinin sayı 461 nəfərə çatmışdır ki, bu da ötən illə müqayisədə 50 nəfər çoxdur.
Çıxış edən məzunlar onlara bəslənən ümidləri doğruldacaqlarına söz verdilər.
Sonda ali məktəblərə yüksək balla qəbul olunan tələbələrə qiymətli hədiyyələr, qabaqcıl müəllimlərə isə fəxri fərmanlar verildi.
 
 
 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az