Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Tələbələrə Yeni Azərbaycan Partiyasının biletləri təqdim olundu
Tələbələrə Yeni Azərbaycan Partiyasının biletləri təqdim olundu

Martın 12-də SDU-nun Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) sıralarına qəbul olunmuş 2,3,4 - cü kurs tələbələrinə partiya biletinin təqdim olunması ilə bağlı tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan fakültənin dekanı, professor Adil Baxşəliyev qeyd etdi ki, YAP sıralarına  tələbələr öz arzuları əsasında üzv qəbul olunurlar.
Yaradıcısı Ulu Öndərimiz Heydər Əliyev olan YAP xalqımızın müstəqillik tarixində şərəfli yeri, böyük xidmətləri olan bir partiyadır. Dahi şəxsiyyətin söylədiyi müdrik kəlamı siz tələbələrin diqqətinə çatdırmaq istəyirəm. “Yeni Azərbaycan Partiyası Azərbaycanı Müstəqillik yolunda inkişaf etdirməyə qadir bir partiyadır”. Əziz tələbələr belə bir partiyanın üzvü olmaq sizin üçün nə qədər şərəflidirsə, bir o qədər də məsuliyyətlidir. Siz partiya üzvü kim həm universitet həyatında, həm də gələcəkdə ölkəmizin müxtəlif sahələrində bir gənc mütəxəssis kimi partiya prinsipləri əsasında fəaliyyət göstərəcəksiniz . Mən sizin hər birinizi universitetin rektoru Elxan Hüseynovun adından təbrik edirəm.
Tədbirin sonunda Hüquq və fəlsəfə kafedrasının müdiri, professor Həsən Sadıqov, dekan müavini, baş müəllim Osman Hacıyev tələbələrə Yeni Azərbaycan Partiyasının biletlərini təqdim etdi. Partiya sıralarına qəbul olan tələbələr təmsil etdikləri YAP adına layiq olmaq üçün təhsil aldıqları universitetdə güclü bilik əldə edəcək və bu biliklə gənc bir mütəxəssis kimi ölkəmizin ictimai siyasi həyatında fəal iştirak edəcəklərini bildirdilər.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az