Əsas səhifə | Xəbərlər | ERASMUS+ PETRA layihəsi çərçivəsində yerli tərəfdaşların görüşü keçirildi
ERASMUS+ PETRA layihəsi çərçivəsində yerli tərəfdaşların görüşü keçirildi

Sentyabrın 27-də Xəzər Universitetində ERASMUS+PETRA “Azərbaycan Universitetlərində təlim və tədrisdə mükəmməlliyin təşviqi” layihəsi çəçivəsində yerli tərəfdaşların iştirakı ilə görüş keçirildi. 
Görüşdə Sumqayıt Dövlət Universitetindən Beynəlxalq Əməkdaşlıq şöbəsinin metodistləri Samirə Kərimova və Aliyə Xəlilbəyli iştirak etdilər.Tədbirdə layihə çərçivəsində Xəzər universitetində xarici tərəfdaşların iştirakı ilə noyabr ayında keçiriləcək təlimlər, yaradılacaq modul sistemi,  Təlim və Öyrənmə mərkəzinin təlimatının yazılması, maliyyə məsələləri müzakirə edildi. 
Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı  Slavyan Universitetinin nümayəndələri də iştirak etdilər. 
Qeyd edək ki, PETRA layihəsi çərçivəsində universitetdə Təlim və Öyrənmə mərkəzi yaradılmış, mərkəzin strategiyası hazırlanmış,avadanlıqların alınması üçün kotirovka sorğusu elan olunmuşdur.

 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az