Əsas səhifə | Xəbərlər | Alimlərimiz Xəzəryanı Ölkələrin Dövlət Universitetləri Assosiasiyasının XXI baş Assambleyasında iştirak etdilər
Alimlərimiz Xəzəryanı Ölkələrin Dövlət Universitetləri Assosiasiyasının XXI baş Assambleyasında iştirak etdilər
Sentyabrın 25- dən 26-dək Qazaxıstan Respublikasının Atırau Dövlət Neft və Qaz Universitetində  Xəzəryanı Ölkələrin Dövlət Universitetləri Assosiasiyasının XXI Baş Assambleyası keçirildi.
Assambleyanın işində Qazaxıstan, İran İslam Respublikası, Rusiya Federasiyası, o cümlədən ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələrindən - Sumqayıt Dövlət Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universitetinin nümayəndələri iştirak etdilər.
X.Dosmuxamedov adına Atırau Dövlət Universitetinin rektoru, Xəzəryanı Ölkələrin Dövlət Universitetləri Assosiasiyasının Prezidenti professor Abzala Taletanov çıxış edərək qonaqları salamladı, Assambleya çərçivəsində görülən işlərdən bəhs etdi və Atırau vilayətinin akimi (qubernatoru) Nurlan Noqayevin müraciətini səsləndirdi.
İclasda assosiasiyanın cari məsələləri müzakirə olundu, ölkələrin koordinator  nümayəndələrinin, dəyirmi masa iştirakçılarının məruzələri dinlənildi, Assosiasiyanın  2017-2018-ci il üçün işinin nəticələri müzakirə olundu və Assosiasiyanın işinə gənclər, gənc alimlər və tələbələrin cəlb olunmasının vacibliyi vurğulandı.
Sonra Assosiasiyanın icraçı direktorunun hesabatı dinlənildi, Xəzəryanı ölkələrin ali təhsil müəssisələrinin və elmi təşkilatlarının fəaliyyətlərinin aktual problemləri müzakirə olundu və 2018-2019-cu il üçün Assosiasiyanın prezidenti Atırau Dövlət Neft və Qaz Universitetinin rektoru professor Ali Abişevin seçilməsi, 2019-cu ilin oktyabr ayında Assosiasiyanın XXII Baş Assambleyasını Gilan Universitetinin bazasında keçirilməsi, 2020-ci ilin oktyabr ayında Assosiasiyanın XXIII Baş Assambleyasının Kalmık Dövlət Universitetinin bazasında keçirilməsi, İkili diplom proqramlarının yaradılması prosesinin tezləşdirilməsi, Virtual əməkdaşlıq formalarının tətbiqi, o cümlədən təhsil, elm, mədəniyyət, tolerantlıq, multikulturalizm sahəsində onlayn mühazirələrin keçirilməsi, 2018-2019-cu ilin Elm ili adlandırılması, Atırau Dövlət Neft və Qaz Universitetinə Assosiasiyaya daxil olan universitetlər ilə birgə Assosiasiyanın Elmi tədqiqatlar Proqramının tərtib edilməsi, XXII Baş Assambleyada təqdim edilməsi, Assosiasiyanın nəzdində Elmi tədqiqatların Gənclər ofisinin yaradılmasına dair hazırlıqlar aparılması, qarşılıqlı əlaqə mexanizmi və əsasnaməsinin hazırlanması məsələlərinin həyata keçirilməsi qərara  alındı.
Qeyd edək ki,Assambleyanın işində universitetimizi Humanitar məsələlər üzrə prorektor dosent Ramiz Hüseynov və Elektromexanika kafedrasının müdiri dosent Turqay Hüseynov təmsil etdilər.
 
 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az