Əsas səhifə | Xəbərlər | ERASMUS+ EQAC layihəsi çərçivəsində növbəti görüş keçirildi
ERASMUS+ EQAC layihəsi çərçivəsində növbəti görüş keçirildi
ERASMUS +EQAC layihəsi çərçivəsində oktyabrın 9- dan 11-dək Bakı Biznes Universitetində növbəti görüş keçirildi.
Görüşün məqsədi Avropa ekspertləri tərəfindən layihədə tərəfdaş olan Azərbaycan Universitetlərinin hazırladığı Özünü Dəyərləndirmə hesabatlarının təhlili, Azərbaycan universitetlərində keyfiyyət təminatının cari vəziyyətinin müzakirəsi, yekun hesabatların hazırlanmasıdır.
“Azərbaycan Universitetlərində Keyfiyyətə Təminat Mərkəzlərinin Yaradılması və İnkişaf Etdirilməsi (EQAC)” adlı layihənin görüşündə Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbov, İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Aynurə Yəhyayeva, Qiymətləndirmə və keyfiyyətə nəzarət bölməsinin müdiri dosent Xəlil Alıyev, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, t.f.d. Samirə Məmmədova, Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının 0.5 ştat laborantı Nihad Hüseynov,Tarix, onun tədrisi metodikası kafedrasının baş müəllimi Sarvan Bədəlov və Filologiya fakültəsinin magistrantı Həzrət Abbasov iştirak etdilər.
Tədbirdə Sumqayıt Dövlət Universiteti ilə yanaşı, layihədə tərəfdaş qismində iştirak edən digər Azərbaycan ali təhsil müəssisələri və Avropa partnyorları olan İspaniyanın Alikante Universiteti, İngiltərənin Middlesex Universiteti, Litvanın SMK Tətbiqi Elmlər Universiteti və EKT Akkreditasiya Təşkilatı, İsveçdən KHT Kral Texnologiya İnstitutunun nümayəndələri iştirak etdilər.
Görüş zamanı tədrisdə keyfiyyət təminatı ilə bağlı keçirilən müsahibələrdə SDU-nun magistrantı Həzrət Abbasov fəal iştirak etdi. Avropa universitetləri ilə layihələr ətrafında fikir mübadiləsi aparıldı, universitetlərdə yeni layihə komandalarının yaradılması barədə təkliflər irəli sürüldü, təqdim olunan layihələrin sayının artırılması və Avropa universitetləri tərəfindən yazılan layihələrdə Azərbaycan universitetlərinin iştirakının təmin olunması məsələləri müzakirə edildi. Azərbaycan ali təhsil müəssisələrində keyfiyyət təminatı sistemində ehtiyac və boşluqların təhlili haqqında fikir mübadiləsi aparıldı. Müzakirələrin sonunda Avropa tərəfdaşlarının ekspertlərinin rəyləri dinlənildi.
Sonda iyun ayında keçirilmiş təlimin sertifikatları iştirakçılara təqdim olundu.
 
 
 
 
                                                                                                                                                                                                                                                                                                                                     Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az