Əsas səhifə | Xəbərlər | Əməkdaşımız Beynəlxalq elmi-praktiki konfransda məruzə ilə çıxış etdi
Əməkdaşımız Beynəlxalq elmi-praktiki konfransda məruzə ilə çıxış etdi
Son illər ərzində möhtərəm Prezident cənab İlham Əliyevin həyata keçirdiyi uzaqgörən daxili və xarici siyasət nəticəsində ölkəmizdə bərqərar edilmiş ictimai-siyasi sabitlik, elm və təhsil sahəsinə diqqət və qayğı, bu sahədə aparılan məqsədyönlü islahatlar Azərbaycan elminin inkişafına geniş imkanlar açmışdır. Azərbaycanın iqtisadiyyatı kimi elmi, təhsili və mədəniyyəti də geniş inteqrasiya proseslərinə cəlb olunmuş, elm və təhsil sahələrində alim, müəllim və tələbələrin mübadiləsi geniş vüsət almışdır. Ölkəmizdə fəaliyyət göstərən ali təhsil ocaqlarının digər dövlətlərin ali təhsil müəssisələri, elm və innovasiya mərkəzləri ilə sıx əməkdaşlığı, əlbəttə ki, bu sahəyə yönəldilən diqqət və qayğının bariz nümunəsidir.
Sumqayıt Dövlət Universiteti digər sahələrdə olduğu kimi, beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində də mühüm addımlar atır, professor-müəllim və tələbə heyətimiz müntəzəm olaraq xarici ölkələrdə keçirilən forum, konfrans və görüşlərdə fəal iştirak edərək sertifikata layiq görülürlər.
Oktyabrın 18-19-da Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində, Dağıstan Dövlət Universitetinin təşkilatçılığı ilə “Химия, химические технологии и экология: наука, производство, образование” mövzusunda Beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir. Konfransa Azərbaycan, Rusiya, Belarusiya və bir sıra dəgər dövlətlərdən elm adamları dəvət olunmuşdur. Keçirilən konfransda universitetimizi “Ətraf mühitin monitorinqi” ETL-in elmi işçisi Fizuli Şahgəldiyev təmsil etmiş, “Роль макулатуры МС-1А в решении проблем экосистемы” və “Получение целлюлозосодержащего реакционноспособного мономера из макулатуры МС-1А” mövzularında məruzə ilə çıxış edərək təşəkkürnaməyə və sertifikata layiq görülmüşdür.
 
Mətbuat xidməti

  

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az