Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Müasir Azərbaycanın inkişafında vətəndaş cəmiyyətinin rolu” mövzusunda tədbir keçirildi
SDU-da “Müasir Azərbaycanın inkişafında vətəndaş cəmiyyətinin rolu” mövzusunda tədbir keçirildi
Oktyabrın 29-da Sumqayıt Dövlət Universitetində Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu (MQF), Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “QHT-lərə institusional inkişaf sahəsində xidmətlərin göstərilməsi” layihəsi çərçivəsində “Müasir Azərbaycanın inkişafında vətəndaş cəmiyyətinin rolu” mövzusuna həsr olunmuş tədbir keçirildi.
Tədbirdə MQF-nin prezidenti Rauf Zeyni, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Sumqayıt şəhər şöbəsinin sədr müavini Zəkəriyyə Rəhimov, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Akif Həsənov, MQF-nin İctimai nəzarət mərkəzinin direktoru İbrahim İbrahimov iştirak etdilər.
Tədbiri Humanitar məsələlər üzrə prorektor dosent Ramiz Hüseynov açaraq qonaqları salamladı, görüşün əhəmiyyətindən bəhs etdi. Bildirdi ki, Azərbaycanda vətəndaş cəmiyyəti sürətlə inkişaf edir, ölkəmizdə irqindən, dilindən, etnik və dini mənsubiyyətindən asılı olmayaraq, hər kəsin fundamental insan hüquq və azadlıqları təmin edilir. Son illərdə QHT-dövlət əməkdaşlığı yüksək səviyyədədir. Prezident cənab İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”nın təsdiq olunmasının və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılmasının ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafına mühüm təkan verir. Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə təbliğində, gənclərin zərərli vərdişlərdən çəkindirilməsində, informasiya müharibəsində aktiv iştirakının təmin olunmasında mühüm rol oynayır. Prorektor Şuranın üzərinə düşən missiyanı uğurla həyata keçirdiyini, innovativ QHT təkliflərini dəstəkləməklə cəmiyyətin aktual problemlərinin həllinə davamlı şəkildə yardım etdiyini vurğuladı.
Tədbirdə MQF-nin prezidenti Rauf Zeyni vətəndaş cəmiyyətinin tarixi və əhəmiyyəti barədə danışdı. Bildirdi ki, Milli Qeyri-Hökumət Təşkilatlarının hərəkatının genişlənməsi, onların fəaliyyətinin qabaqcıl beynəlxalq təcrübəyə və mövcud qanunvericiliyə uyğun qurulması, koordinasiya edilməsi, QHT-lərin dövlət orqanları, media və özəl sektorla qarşılıqlı faydalı əməkdaşlığının təmin olunması, vətəndaş cəmiyyətinin inkişafı və onların qarşılaşdığı problemlərin həllinə yardım etmək məqsədilə yaradılmış, cəmiyyətin tərəqqisinə yönələn müxtəlif proqram və layihələrin reallaşmasında, əhalinin marifləndirilməsində, ümumilli məsələlərlə bağlı ictimai fikrin formalaşmasında əhəmiyyətli rol oynayır.
Azərbaycan mədəniyyətinin dünyada tanıdılması, Xocalı soyqırımına ədalətli qiymətin verilməsi və ölkəmizin məruz qaldığı təcavüz aktının ifşa edilməsi istiqamətində Heydər Əliyev Fondunun və şəxsən Birinci vitse prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr hər zaman QHT sektoru və şura üçün nümunə olub: “Bu baxımdan qeyd olunan istiqamətlər üzrə dövlətimizin həyata keçirdiyi siyasətə ictimai dəstək vermək məqsədilə müxtəlif tədbirlər həyata keçirilir.
Rauf Zeyni çıxışının sonunda bildirdi ki, biz bir vətəndaş və vətəndaş cəmiyyəti olaraq bu cür maarifçilik hərəkatlarını davam etdirməli, cəmiyyətimizin inkişafı naminə səfərbər olmalıyıq.
Tədbirin sonunda QHT–nin nümayəndələri tələbələri maraqlandıran sualları cavablandırdılar.
 
Mətbuat xidməti

   

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az