Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Filoloqlar Hüseyn Cavidin işığına yığışdılar
Filoloqlar Hüseyn Cavidin işığına yığışdılar
Noyabrın 2-də Filologiya fakültəsində Azərbaycan ədəbiyyatının böyük şairi Hüseyn Cavidin həyat və yaradıcılığına həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Filologiya fakültəsinin professor-müəllim və tələbə heyəti iştirak etdi.
Tədbiri giriş sözü ilə açan Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri professor Avtandil Məmmədov Hüseyn Cavid irsinin əhəmiyyətini vurğulayaraq həm dövlət, həm universitet səviyyəsində onun yaradıcılığına diqqəti önə çəkdi, şairin həyatı ilə bağlı maraqlı faktlar səsləndirdi.
Yazıçının əsərlərindən təşkil olunmuş ədəbi-bədii kompozisiya maraqla qarşılandı. Fakültənin müxtəlif qruplar üzrə tələbələri: Elmira Yaqubova, Həbib Bayramlı, Yunus Zeynalov, Ülvi Sadiqov, Samirə Məmmədova, Həzrət Qəribov, Minə Səfixanova, Şəbnəm Abuşova, Nuranə Kərimova H.Cavidin yaradıcılığından nümunələr səsləndirdilər. H.Cavidin “Ana”, “Topal Teymur”, “İblis” əsərlərindən səhnələr göstərildi.
Fakültənin dekanı dosent Sevinc Həmzəyeva çıxış edərək tələbələrə və tədbirin təşkilatçısı dosent Törə Məmmədovaya təşəkkür etdi, belə tədbirlərin tələbə dünyasına böyük stimul verdiyini vurğuladı.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az