Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU ilə “Əlil Sahibkarlar Təşkilatları”İctimai Birliyi arasınada əməkdaşlıq müqaviləsi imzalandı
SDU ilə “Əlil Sahibkarlar Təşkilatları”İctimai Birliyi arasınada əməkdaşlıq müqaviləsi imzalandı
Noyabrın 5-də Sumqayıt Dövlət Universitetində SDU ilə “Əlil Sahibkarlar Təşkilatları”İctimai Birliyi arasında əməkdaşlıq müqaviləsi imzalandı.
Rektor professor Elxan Hüseynov və “Əlil Sahibkarlar Təşkilatları”İctimai Birliyinin sədri Mirzə Məmməd Vəliyev arasında əməkdaşlıq müqaviləsi imzalandı.
Müqaviləyə əsasən tərəflər arasında birgə tədbirlərin keçirilməsi, əlil gənclərin sahibkarlıq fəaliyyətinə cəlb edilməsi və maarifləndirilməsi üçün universitetlə əməkdaşlıq, sahibkarlıq və sosial işin təşkili və idarə edilməsi kimi yeni ixtisas proqramlarının birlikdə hazırlanması daxildir. Bu müqavilə yerli və əcnəbi şirkətlər, həmçinin işadamları arasında birgə fəaliyyətin və biznes əlaqələrinin qurulması, bazar araşdırmaları və biznes-planların hazırlanmasına dəstək, elmi tədqiqatlar və inkişaf üçün ali təhsil və sənaye müəssisələri ilə əlaqələrin qurulması, müxtəlif tenderlərdə birgə iştirak etmək üçün məsləhət və koordinasiya işləri, elmin kommersiyalaşdırılması istiqamətində innovasiyalı məhsulların birgə hazırlığı və satışı, eyni zamanda birgə layihə, konfrans, seminar, təlimlərin təşkil edilməsi və digər məsələlər öz əksini tapıb.
Rektor universitet və İctimai Birlik arasında əlaqələrin və səmərəli əməkdaşlığın genişlənməsindən məmnunluğunu ifadə etdi, gələcəkdə keçiriləcək tədbirlərin əhəmiyyətindən danışdı, ölkədə təhsilin inkişafı üzrə Dövlət Strategiyasından irəli gələn xüsusi qayğıya ehtiyacı olan insanlar üçün inklüziv təhsil modelinin yaradılması ilə bağlı dövlətin həyata keçirdiyi islahatlardan, bu sahədə aparılan ardıcıl işlərdən bəhs etdi. Qeyd etdi ki, “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” qəbul olunmuş, sənəddə əlilliyi olan şəxslərin təhsil hüququnun təhsilin bütün pillələri üzrə digər şəxslərlə bərabər səviyyədə təmin edilməsi nəzərdə tutulmuşdur. Rektor həmçinin universitetdə İnklüziv təhsil sahəsində görülən işlərdən, Əlilliyi olan tələbələr üçün mərkəzin fəaliyyətindən bəhs etdi. Bildirdi ki, universitetimizlə Əlil Təşkilatları İttifaqı arasında Azərbaycanda inklüziv cəmiyyətin formalaşmasına dəstək və əlilliyi olan şəxslər üçün bərabər imkanların yaradılması istiqamətində elm, tədris və təcrübənin təmin edilməsi məqsədi ilə bir sıra müqavilə imzalanmışdır. Universitetimizin əməkdaşları 2013–2016-cı illərdə “ESFIDIP 543649-TEMPUS-1 Əlillərin Azərbaycan Ali Təhsil Müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” layihəsində də iştirak edərək sertifikata layiq görülmüşlər.
“Əlil Sahibkarlar Təşkilatları” İctimai Birliyinin sədri Mirzə Məmməd Vəliyev Sumqayıt Dövlət Universitetinin fəaliyyətini yüksək qiymətləndirdi, əməkdaşlığın əhəmiyyətindən danışdı. Diqqətə çatdırdı ki, “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyi 2014-cü ildən Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındığı vaxtdan bu günə kimi Sumqayıt şəhərində və ölkəmizin bir çox bölgələrində fəaliyyətə başlamışdır. İxtisaslaşmış təşkilat kimi əsas fəaliyyət istiqamətləri sağlamlıq imkanları məhdud uşaqların və əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası, reabilitasiyası, məşğulluq qabiliyyətlərinin qarşılanması və əmək bazarında sərbəst fəaliyyəti üçün vacib olan maarifləndirilməsi, hüquqi dəstək, peşə hazırlığı və sahibkarlıq fəaliyyətinə təşviq edilməsidir. ƏSTİB – in təsisçiliyi ilə yaradılmış “Pandus İnşaat” MMC-nin fəaliyyətinə SDU-nun gənc mühəndis və iqtisadçı kadrlarının cəlb edilməsi, milli və beynəlxalq ixtisasartırma layihələrinin birgə hazırlanması və icra edilməsi, universitetin uyğun fakültəsinin müəllim və tələbələrini milli və beynəlxalq proqram və layihələrin hazırlanmasına cəlb etmək, “təhsil-elm-istehsalat” layihəsinin birlikdə hazırlanması və icrası, həmçinin beynəlxalq qrant verən təşkilatlar və fondlarla əməkdaşlıq qurmaq və inkişaf etdirmək də nəzərdə tutulur.
Görüşdə layihə haqqında maraqlı təkliflər irəli sürüldü, əməkdaşlığın uğurla davam etdiriləcəyi vurğulandı.
 
Mətbuat xidməti
 

 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az