Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Əməkdaşlarımız Xəzər Universitetində təlimlərdə iştirak etdilər
Əməkdaşlarımız Xəzər Universitetində təlimlərdə iştirak etdilər
Noyabrın 5- dən 7-dək Xəzər Universitetində ERASMUS+PETRA “Azərbaycan universitetlərində təlim və tədrisdə mükəmməlliyin təşviqi” layihəsi çərçivəsində xarici tərəfdaşların iştirakı ilə təlim keçirildi.
Təlimdə Sumqayıt Dövlət Universitetindən Proseslərin avtomatlaşdırılması kafedrasının müdiri professor Cavanşir Məmmədov, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri t.f.d Samirə Məmmədova, həmin şöbənin metodisti Samirə Kərimova və İnformasiya Texnologiyaları Mərkəzinin mühəndis-proqramçısı Murad Hüseynli iştirak etdilər.
Vyana Tətbiqi Elmlər Universitetinin nümayəndələri Dietmar Paier və Johannes Vetzinqer “Azərbaycanda tədqiqat imkanları və fəaliyyətləri” mövzusunda iştirakçılara təlim keçdilər. Mövzu ətrafında qrup işi aparıldı, təqdimatlar hazırlandı.
Tədbirin növbəti günü hər bir Azərbaycan universiteti tədbirdə iştirak edən doktorantlarının dissertasiya mövzusu ətrafında təqdimatla çıxış etdi.
Təqdimatlarda dissertasiya işinin yazılma qaydası, planın düzgün tərtibatı, ədəbiyyat seçimi, nəticələr öz əksinin tapdı. Mövzular ətrafında suallar səsləndirildi, fikir mübadiləsi aparıldı.
Təlimin 3-cü günü Finlandiya tərəfdaşının nümayəndəsi Pyeta tərəfindən “Moodle sisteminin qurulması”, “Öyrənmə və Təlim prosesində İKT-nin tətbiqi” mövzularında təlim keçirildi. Günün ikinci yarısı tədbir menecment (idarəetmə) görüşü ilə davam etdirildi.
 
Mətbuat xidməti
 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az