Əsas səhifə | Xəbərlər | Milli Dirçəliş Günü münasibətilə növbəti ağacəkmə aksiyası keçirildi
Milli Dirçəliş Günü münasibətilə növbəti ağacəkmə aksiyası keçirildi
Son illər Dövlət başçısının müvafiq tapşırıq və sərəncamlarına uyğun olaraq, respublikamızın hər yerində olduğu kimi, universitetin ərazisində yaşıllıq zolaqları salınır, iməciliklər keçirilir. Bu ənənin davamı olaraq noyabrın 17-də Sumqayıt Dövlət Universitetində Milli Dirçəliş Günü münasibətilə növbəti ağacəkmə aksiyası keçirildi.
Əməkdaşların və tələbələrin iştirak etdiyi aksiyada ərazidə olan gül kollarının və ağacların dibləri yumşaldıldı, ağac əkilən ərazi dırmıqlandı, tullantılardan təmizləndi. Gənclərin yüksək fəallıqla qoşulduğu genişmiqyaslı iməcilikdə universitetin ərazisində yaşıllığa aqrotexniki qulluq edildi və müxtəlif növ ağaclar əkildi.
Universitetin rəhbər strukturları ağacın əkilməsində yaxından iştirak edərək bildirdilər ki, bu aksiya yaşıllıqlarla əhatə olunmasına, ətraf mühitin qorunmasına və gözəlləşməsinə öz töhfəsini verəcək və yaşıllıqların sayının artırılması istiqamətində keçirilən aksiya gələcəkdə də davam etdiriləcək.
 
Mətbuat xidməti
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az