Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Tələbəmiz “SABAH IV Tələbə Debat Forumu”nun ən yaxşı hakimi nominasiyasına layiq görüldü
Tələbəmiz “SABAH IV Tələbə Debat Forumu”nun ən yaxşı hakimi nominasiyasına layiq görüldü
Təhsil Nazirliyinin tərəfdaşlığı, SABAH qrupları və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin (DVC) təşkilatçılığı ilə “Respublika Gənclər Debat Forumu: payız 2018” layihəsi çərçivəsində 4-cü SABAH Tələbə Debat Forumu keçirildi.
Forumun əsas məqsədi SABAH tələbələrinin müxtəlif debat mövzuları üzrə biliyinin artırılması, natiqlik, sərbəst tədqiqat və təqdimat bacarıqlarının inkişafı, tədrisdənkənar fəaliyyətlərinin səmərəliliyinin təmin olunması, onlar arasında intellektual oyunlara və ünsiyyətin genişlənməsinə maraq yaradılmasıdır.
Tədbirdə iştirak edən Təhsil nazirinin müavini Firudin Qurbanov intellektual forumların gənclərin formalaşmasına müsbət təsir etdiyini, rəqabət qabiliyyətini artırdığını vurğuladı. Nazir müavini onu da qeyd etdi ki, intellektual oyunların keçirilməsi yolu ilə dərsdənkənar biliklər əldə etmək olduqca mühüm məsələdir.
Debat yarışlarının mövzusu Nazirlər Kabinetinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında tədbirlər planına uyğun olaraq seçilib. Debat müzakirələri “Dövlətlərin sahib olduğu hərbi güc dövlətlərarası sivil münasibətlərin inkişafında effektiv rol oynayır” mövzusu ətrafında aparıldı.
Forumun qrup və “play-off” mərhələsində ümumilikdə 6 universiteti təmsil edən 21 komanda mübarizə apardı. Qeyd edək ki, universitetimizin Fizika və elektroenergetika fakültəsinin IV kurs tələbəsi Nicat Hüseynov “SABAH IV Tələbə Debat Forumu”nun ən yaxşı hakimi nominasiyasına layiq görüldü.
 
Mətbuat xidməti
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az