Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “HORİZON-2020” proqramı üzrə məlumat günü keçirildi
“HORİZON-2020” proqramı üzrə məlumat günü keçirildi
Noyabrın 17-də universitetdə “Horizon-2020” proqarmının təqdimatı oldu. Tədbirdə SDU-nun elm və innovasiyalar üzrə prorektoru professor Ramazan Məmmədov, Humanitar məsələlər üzrə prorektor dosent Ramiz Hüseynov, Qiyabi, distant və əlavə təhsil üzrə prorektor, dosent Qafar Atayev, Erasmus+ proqramının milli nümayəndəliyinin rəhbəri Pərviz Bağırov, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri t.f.d. Samirə Məmmədova, şöbənin əməkdaşları və könüllü işçiləri, müəllimlər, tədqiqatçılar və digər universitetlərin nümayəndələri iştirak etdilər. Proqramın məqsədi alimlərin qrant layihələrində iştirakını təmin etmək məqsədi daşıyırdı.
Tədbiri giriş sözü ilə SDU-nun Elm və innovasiyalar üzrə prorektoru, professor Ramazan Məmmədov açaraq tədbir iştirakçılarını salamladı və tədbirin ölkədə ali təhsilin gələcək inkişafı və Azərbaycan ali təhsil müəssisələrinin Avropa İttifaqı ölkələrinin universitetləri və təhsil strukturları ilə beynəlxalq əməkdaşlığı üçün əhəmiyyətini vurğuladı.
Sonra “HORİZON-2020” proqramının Kiçik və Orta Müəssisələrin inkişafı üzrə Milli əlaqələndirici Şəxsi, Bakı Mühəndislik Universitetinin müəllimi və Xarici əlaqələr və layihələrin idarə edilməsi şöbəsinin məsləhətçisi Arif Nəcimov Avropa Birliyinin “HORİZON-2020” İnnovasiya və Tədqiqatlar Qrant Proqramına layihələr hazırlayıb təqdimetmə imkanları mövzusunda təqdimatla çıxış etdi. SDU-nun müəllim və tədqiqatçılarının bu proqrama layihəyə ideyaları ilə müraciət etmələrini vurğuladı, Erasmus+ və Avropa İttifaqı tərəfindən dəstəklənən digər təhsil proqramlarının səmərəli istifadə olunmasının zəruriliyindən danışdı.
AMEA-nın İqtisadiyyat İnstitutu, “HORİZON-2020” üzrə milli əlaqələndirici şəxsi Rüfət Əfəndiyev və AMEA-nın Arxeologiya İnstitutu, “HORİZON-2020” üzrə milli əlaqələndirici şəxsi Zaur Həsənov çıxış edərək “Horizon-2020” proqramının Avropa İttifaqı tarixində ən böyük qrant proqramı olduğunu bildirdilər. Avropa Komissiyasının elmi-tədqiqat və innovasiya çərçivə proqramı, o cümlədən Avropa İttifaqının (Aİ) çərçivə proqramlarının tarixı, yeni strategiyası və “Horizon-2020” proqramı barədə geniş məlumat verdilər.
Tədbir mövzu ətrafında geniş müzakirə və suallarla davam etdirildi.
Sonra qonaqlar, prorektorlar və Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri universitetdə əliliyi olan tələbələr üçün yaradılmış mərkəzdə oldular. Görüşdə Əlil Sahibkarlar Təşkilatı İctimai Birliyinin sədri Mirzə Məmməd Vəliyev və təşkilatın digər iki əməkdaşı da iştirak etdi. Mərkəzin TEMPUS ESFİDİP layihəsi çərçivəsində yaradılması, əlilliyi olan tələbələrin mərkəzdən istifadə etmələri, bu tələbələrin sosial tədbirlərə, beynəlxalq layihələrə cəlb olunmaları haqqında qonaqlara məlumat verildi.
 
 
Mətbuat xidməti
 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az