Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Tələbələrimiz “Xəmsə kuboku”nun qalibi oldu
Tələbələrimiz “Xəmsə kuboku”nun qalibi oldu
Noyabrın 21-də Sumqayıtdakı Heydər Əliyev Mərkəzində şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə “22 noyabr – Şəhər Günü”nə həsr edilmiş Sumqayıt tələbələrinin III “Xəmsə kuboku” adlı bilik yarışı təşkil edildi.
Baş İdarənin nəzdində fəaliyyət göstərən Sumqayıt İntellektual Klubunun hakimlərinin idarəçiliyi ilə keçirilən yarışda tələbə-gənclərdən ibarət 14 komanda iştirak edib. Ümumilikdə hər komandada 6 nəfər olmaqla, 84 tələbə-gənc qalib adı uğrunda mübarizə apardı.
Bilik yarışı Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başladı.
Gənclər və İdman Baş İdarəsinin Gənclərlə iş sektorunun müdiri Ceyhun Hüseynov iştirakçıları salamlayaraq, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətindən, gənc nəslə göstərilən diqqət və qayğıdan danışdı. Bildirildi ki, Sumqayıtda da gənclərin hərtərəfli inkişafı üçün əlverişli şərait yaradılıb.
Gərgin bilik mübarizəsi şəraitində keçən yarışın yekununda I yerə Sumqayıt Dövlət Universitetinin “Səfəvi-1” komandası layiq görüldü. II yeri isə Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin eyniadlı komandası, III yeri Sumqayıt “ASAN xidmət” Mərkəzinin “Mübariz” komandası tutdu.
Qalib komandalar Baş İdarənin kubok, fəxri fərman, medal və xatirə hədiyyələri ilə təltif edildi.
 
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az