Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da ilk Debat Forumu keçirildi
SDU-da ilk Debat Forumu keçirildi
Noyabrın 24-də Sumqayıt Dövlət Universitetində ilk Debat Forumu keçirildi.
Forumu universitetin Humanitar məsələlər üzrə prorektoru dosent Ramiz Hüseynov açaraq debatın insanın şəxsi inkişafı üçün vacib bir vasitə olduğunu bildirdi və Debat Forumunu açıq elan etdi. Qeyd etdi ki, debatın keçirilməsi tələbələrdə ictimai təqdimat və natiqlik bacarığının təkmilləşdirilməsinə xidmət edir. Universitetimizdə fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatı könüllülük prinsipi əsasında tələbələrin fəallığını gücləndirmək, onların intellektual inkişafını yüksəltmək, qrup və fakültələr arasında sıx əlaqələr formalaşdırmaq istiqamətində mühüm işlər həyata keçirir. Bu məqsədlə müntəzəm olaraq tələbələr arasında maarifləndirmə işləri aparır, debat, elmi konfrans və seminarların, simpoziumların, dəyirmi masaların keçirilməsində və digər sahələrdə fəal tələbələri işə cəlb edir. Təşkilat istedadlı və yaradıcı tələbələri müəyyənləşdirmək, gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsi, sosial problemlərinin həlli və sair istiqamətlərdə bir sıra tədbirlər həyata keçirir. Dövlətin gənclərə dəstək və diqqət göstərməsi Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissini daha da artırır. Müxtəlif müsabiqə, olimpiada və yarışlarda Sumqayıt Dövlət Universiteti uğurla təmsil olunur. İlk Debat Forumu da tələbələrimizin sərbəst, natiqlik bacarığının təkmilləşdirilməsinə stimul olacaq.
Qeyd edək ki, ilk Debat Forumunda 16 komanda iştirak etdi. Debat Forumunun ilk 3 turu noyabrın 24-də keçirildi. Turların sonunda 8 komanda oyunun səkkizdə bir hissəsinə keçdi.
 
Mətbuat xidməti
  

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az